Milli Məclisin növbəti plenar iclası başlayıb.
İclasın gündəliyinə 2027-ci il üzrə büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi də daxildir.
İclasda gələn ilin büdcə sənədləri ilə bağlı təqdimatlar dinləniləcək, deputatlar layihələrə dair fikir və təkliflərini səsləndirəcəklər.
Bu gün başlayan büdcə müzakirələri üç gün davam edəcək. Milli Məclis noyabrın 17-də və 18-də də büdcə zərfinə daxil olan qanun layihələrini müzakirə edəcək.
İclasda Baş nazir Əli Əsədov, maliyyə naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, və hökumət üzvləri iştirak edirlər.
Oxunub: 0