dini radikalizm və ekstremizmlə mübarizə

Daha bir vəkil həbs edildi - FOTO

Daha bir vəkil həbs edildi - FOTO


Azərbaycanda daha bir vəkil həbs edilib.

Məlumatına görə, vəkil Elçin Əmirov polis tərəfindən tutulub.

9 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil polisə daxil olan vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq-təkrar törədildikdə) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmə qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Vəkil hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

Qeyd edək ki, 2 gün əvvəl də vəkil Raman Abışov həbs edilmişdi. O, hədə-qorxu ilə tələb etməkdə ittiham olunur.(Qafqazinfo)

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR