dini radikalizm və ekstremizmlə mübarizə

MƏDƏNİYYƏTLƏRİ BİRLƏŞDİRƏN DOSTLUQ, XALQLARI YAXINLAŞDIRAN MƏNƏVİ KÖRPÜ


Djb.az xəbər verir ki, yazıçı ,şairə, jurnalist , ictimai xadim Pərvanə Salmanqızı sosial media hesabında təltif olunması haqqında bunları yazır.
Misir Respublikasının Mədəniyyət Nazirliyinin Medalı ilə təltif olunmağım — mənəvi məsuliyyət, etimad və beynəlxalq mədəni əməkdaşlığın yeni səhifəsi
12 noyabr 2026-cı il mənim həyatımda və ictimai-mədəni fəaliyyətimdə xüsusi əhəmiyyət daşıyan, yaddaşıma qürur və minnətdarlıq hissi ilə həkk olunan tarixi günlərdən biri oldu. Həmin gün Misir Respublikasının Mədəniyyət Nazirliyinin Medalı ilə təltif olundum.
Bu dəyərli təltif mənim üçün sadəcə bir medal, fəxri nişan və ya şəxsi uğurun ifadəsi deyil. Bu, illər ərzində mədəniyyətin, ədəbiyyatın, sözün, yaradıcılığın və xalqlar arasında dostluq münasibətlərinin inkişafı naminə göstərilən fəaliyyətə verilən mənəvi dəyər, eyni zamanda gələcək fəaliyyətim üçün böyük məsuliyyətdir.
Mən hər zaman inanmışam ki, xalqları bir-birinə yaxınlaşdıran yalnız coğrafi sərhədlər, siyasi münasibətlər və iqtisadi əməkdaşlıq deyil. Xalqları əbədi birləşdirən onların ortaq mənəvi dəyərləri, tarixi yaddaşları, ədəbiyyatı, incəsənəti, musiqisi və mədəniyyətidir.
Mədəniyyət insanlığın ortaq dilidir. Bu dilin tərcüməyə ehtiyacı yoxdur. Bir xalqın musiqisində onun ruhunu, ədəbiyyatında tarixini, sənətində düşüncəsini, adət-ənənələrində isə əsrlərdən gələn mənəvi kimliyini görmək mümkündür.
Azərbaycan və Misir xalqları da qədim tarixə, zəngin mədəni irsə və dərin mənəvi dəyərlərə sahib olan xalqlardır. Bu iki xalq arasında mədəni münasibətlərin inkişafı yalnız bu günün əməkdaşlığı deyil, həm də gələcək nəsillərə ötürüləcək dostluq və qarşılıqlı anlaşma irsidir.

MİNNƏTDARLIQ VƏ ETİMADIN MƏNƏVİ DƏYƏRİ
Bu mötəbər təltifə görə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri, professor doktor Tarek Mohammad müəllimə dərin təşəkkürümü və ehtiramımı bildirirəm.
Məni Misir Respublikasının Mədəniyyət Nazirliyinin Medalı ilə təltif edilməyə layiq görməsi mənim üçün böyük şərəfdir. Göstərilən diqqətə, etimada və mədəni fəaliyyətimə verilən yüksək qiymətə görə minnətdarlığımı ifadə edirəm.


P.S Biz də DJB. Az xəbərlər saytının kolkektivi olaraq həmkarımız Pərvanə Salmanqızını, səmimi qəlbdən təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR