dini radikalizm və ekstremizmlə mübarizə

QAR DƏNƏLƏRİ


Turkiyənin Sivas şəhərində kecirilmiş şeir festifalında son dərəcə mehriban və qaygikeş bir ailəylə tanış oldum .
Sabina Serin mənə " Qar dənələri" adlı şeirlər kitabını hədiyyə etdi .
" Əfsanə " kitabından sonra ikinci kitabı olan şairin şeirləri diqqətimi cəlb etdi.
Turk dünyasını, bəsəriyyəti sülhə, birliyə səsləyən Sabina Serinin " Atam izindəyiz" adli seirindən bir bəndi turk dilində öz dəsti xətti ilə oxuculara çatdırıram:

Bu vatan hepimizin, kolay elde etmedik,
Həp karış topraq için, binlerce şehit verdik.
Canıni siper etti ýıgit gazilerimiz,
Savundu ülkesini düşmana yeniltmedik.


Sabina Serin " Ölkeni sev, qurur duy, biz sizlərə güvəndik " deməklə igid turk əsgərlərinin mubarizliyindən duşmənə əyilməzliyindən iftixarla danışır .
Mustafa Kamal Ataturkün komandanlığı ilə dövlətin təməlini qurduğu Sultansəhər Sivasda dogulmagından , şairlər vətənində yaşamasından qürur duyur Sabina Serin.
Şeirlərində qafiyə, ölcü ,düzüm , fəlsəfi fikirlər olduqca dəqiq və yerində islədilməklə qəlbəyatımlıdir .
Sabina Serin araşdirmacı, şair olmaqla yanaşı şarkılara ( mahnılara ) söz yazan bestəci və məmur əməklisidir. Yəni dovlət təqaudçüsüdür. 40 dan çox şeirinə mahnılar bəstələnib.
16 beynəlxalq və Avropa şeirlər antologiyasında şeirləri çap olunumuşdur .
Azərbaycan Şeirlər Antologiyasinda da şeirləri yayımlanmışdir.
Kitabına ad seçdiyi " Qar dənəsi" şeiri yiğcam, lakonik və həm də mənalıdır :

Buludlara gizlənib bir qar dənəsi olsam,
Lopa lopa yağaraq dolsam ovuclarına.

İndi uzaqlardayam, hər dəm səni anaram,
Susgun gecələrində xəyalınla yasaram.

Fəqan edər sünbüllər ilahi eşqimizə,
Aşıqlər eşlik edər yeni bir şarkımıza.

Şimdi uzaklardsysm her dem seni anaram,
Suskun gecələrimdə xeyalinla yasaram.

Sabina Serində vətən məhəbbəti, Ataturk sevgisi , bəşəriyyətə ,insanlığa olan sayqısı qəlbindən suzulərək misralara hopur və dillər əzbərinə cevrilir.

Səbinə Serin mənalı misraları ilə geniş oxucu qəlbinə yol açır və bir - birindən fərqli, maraqlı ,düşündürücü şeirləri sevilərək turk dünyasının çanı olan doğma Azərbaycanımızda da həvəslə oxunur .

Rauf İLYASOĞLU

Oxunub: 906
Oxşar xəbərlər
SON XƏBƏRLƏR