Azərbaycan Silahlı Qüvvələrinin əşgəri şəhid Quliyev Qulam Əli oğlu 15 noyabr 1973-cü ildə Babək rayonunun Cəhri kəndində anadan olub. Orta təhsilini Cəhri kənd tam orta məktəbində alan Qulam Naxçıvan Politexnik Texnikomunun avtonəqliyyat fakültəsinə daxil olur. Texnikomun sonuncu kursundan, 1992-ci il fevralın 5 də hərbi xidmətə çağırılır və Sədərək rayonuna göndərilir. Qulam Quliyev Sədərəyin müdafiəsində bir neçə döyüşdə iştirak edir, Qaraağac istiqamətində döyüşdə xüsusilə fərqlənir. O, Mil dağı uğrunda gedən döyüşlərin birində snayper gülləsi ilə başından ağır yaralanır. Bir müddət müalicə olunsa da, 1992-ci il sentyabr ayının 13-ü əbədiyyətə qovuşur.
Allah cənnətdəki məqamını ali qərar versin. Amin!
Oxunub: 4