dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan Yazıçılar Birliyindən Südabə Sərviyə Təbrik: "Doğum gününüz mübarək olsun!"


Tanınmış yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Südabə Sərvini doğum günü münasibətilə Azərbaycan Yazıçılar Birliyi adından ürəkdən təbrik edirik.

Südabə xanım artıq uzun illərdir ki, Azərbaycan ədəbi-ictimai mühitində səmərəli fəaliyyəti, publisistik yazıları, sənədli-bədii əsərləri və milli-tarixi yaddaşın qorunmasına yönəlmiş yaradıcılığı ilə seçilən qələm sahiblərindəndir. O, 30 ilə yaxın müddətdə ədəbi prosesdə fəal iştirak etmiş, Azərbaycan Yazıçılar Birliyində məsul vəzifədə çalışaraq milli ədəbiyyatın inkişafına töhfələr vermişdir.

Südabə Sərvi 13 kitabın müəllifi kimi xüsusilə tarixi yaddaş, vətənpərvərlik və milli kimlik mövzularını ardıcıl şəkildə bədii-publisistik müstəviyə gətirmişdir. Onun “1918-ci il Şamaxı soyqırımı – Ağrıların kölgəsi” romanı xalqımızın faciəli tarixinin bədii salnaməsi kimi diqqət çəkir. Hazırda bu əsərin davamı üzərində iş aparılır və romanın ikinci hissəsi Göyçay döyüşlərinə həsr olunur.

Yazıçının son nəşr olunan “Kölgə: Kod adı Umbra” kitabına ön sözün Xalq yazıçısı Çingiz Abdullayev tərəfindən yazılması da onun yaradıcılığına verilən yüksək dəyərin göstəricisidir.

**Hörmətli Südabə xanım, Sizə möhkəm cansağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları və Azərbaycan ədəbiyyatı naminə fəaliyyətinizdə davamlı nailiyyətlər arzulayırıq. Doğum gününüz mübarək olsun!**

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR