Boz qurd ürəkli Vətən müharibəsi qəhrəmanı İsmayılzadə Məhəmməd Füzuli oglu...
Məhəmməd 1996-ci il 12iyun NMR Serur rayonunun Yengicə kəndində dünyaya göz acmisdi. ilk vaxtlarindan Məhəmməd Vətən sevgisi ile böyümüşdür.Tebii ki, bu normaldır çünki bu sevgi atasının 1992-93cu ildə 2il Qarabağda gösdərdiyi şücaətdən irəli gəlmişdir.Bu ən böyük xoşbəxtlikdir ki uşaq yaşlarından valideyninin Vətən müqəddəsdir Vətən anadır sevgisi ilə böyümüşdür.Hələ uşaq yaşlarından Məhəmməd Vətən sevgisi ile öz həmyaşıdlarından seçilirdi .Məhəmməd 2014-cü ildə 317-№ li məktəbi bitirdikdən sonra böyük həvəslə müqəddəs borcu olan ana Vətəni qorumaq üçün hərbi xidmətə yollanır.Veten keşiyində olan zaman göstərdiyi şücaəti ilə xüsusi təyinatlı dəstənin komandirlərinin diqqətini cəlb eleyir ve onların sıralarında baş kəşfiyyatçı olaraq hərbi xidmətini davam etdirir . Göstərdiyi igidliklərə görə bir neçə fəxri fərmanla təltif olunur.
Onun ən böyük arzusu xaricdə təhsil almaq idi.Nehayet o, öz arzusuna çatır Türkiyənin Kütahya Dumlupınar üniversitetine qəbul olur.2-ci Qarabağ müharibəsi onun bu arzusunu ustəliyir .Müharibə başladığı ilk gündən hərbi komisarliqa müraciət edərək könüllü olaraq ön sıralara yazdırır .29sentyabr könüllü olaraq müharibəyə yollanır.Bir necə gün Füzulidə kəşfiyyatçı olaraq döyüşür.Daha sonra o öz arzusunu ön cəbhədə həmlə taboruna könüllü qoşularaq gerçəkleştirir.
Döyüş yoldaşı deyibki bizim irelilemeyimiz üçün Məhəmməd əl pulemyotundan istifade edərək önden bizi qoruyurdu .Məhəmməd hğr saniyesinin təhlükəli olduğunu bilerek önde getmeyden heçvaxt çəkinmirdi.Defelerle çox olan düşmən sayına baxmayaraq cesurluqla ölümə meydan oxuyur ve tapşırılan mövqeləri düşməndən azad edirdilər.Bu tapşırıqları yerinə yetirən zaman 2 dəfə fərqli mövqelərdə yaralansa da bu onun döyüş əzmini sındırmayıb. Bir dəfə eşitdim ki yaralı vəziyyətdə atasıyla danışarkən oğlum sağal yeniden döyüşə qayıdarsan sözünü yarıda keserek ata doslarim dardadi men onları geride buraxa bilmərəm .Yadda galan bizim en çetin doyuslerimizden biri 50 nəfərlə 300 nəfərlik erməni qosununu darmadağın ettik.Fuzulinin bütün kəndlərində ve hadrutun azad edilməsində Məhəmməd ve digər və digər əsgər yoldaşlarımızla çiyin çiyinə döyüşmüşuk .Sonuncu dəfə atasi ile telefonda danışan zaman atasına son sözü ya tarix olacayıq ya da tarix yazacayiq demişdi .Məhəmməd və onun kimi igid Azerbaycan övladları sayesində tarix yazıldı.Məhəmməd ismayilzade 25oktyabr Füzulidə şəhidlik zirvəsinə ucalmisdir.
Ruhunuzun qarşısında baş əyirik !
Ruhun şad olsun igidin
Oxunub: 0