dini radikalizm və ekstremizmlə mübarizə

"Yeni uğurlara doğru" Aktyor Ramin Şıxəliyev


Azərbaycan teatrında gənc aktyor nəsli yetişməkdə davam edir və bu bir az ənənəvi səslənsə də, həqiqətdir. Maddi problemləri belə gözə almayan,halbuki muasir zamanda bu da əsas şərtdir ,aktyor silsiləsi yetişir.Səbəb aydındir: klassik teatr sevgisi,canlı unsiyyət və səhnənin möcüzəvi təsiri ki ondan vaz keçmək qeyri mumkundur.
Bu gun o gənclərdən biri olan Akademik Milli Dram teatrının aparıcı aktyoru Ramin Şıxəliyevdən sohbət açmaq istəyirəm. Aktyor Lerik rayonunda anadan olub, İncəsənət Universitetini bitirib, Miniatür teatrında,Bələdiyyə teatrında bir müddət calışdıqdan sonra üz tutub Ana teatra!
Baxın, bu teatrda demək olar ki butun tamaşalarda irili xırdalı obrazlar yaradıb.
Manqurt,Qarabağnamə,Filumeno Marrurano,Xanuma, Natəvan,Anamın kitabı, Cəhənnəm sakinləri,Əsrə bərabər gün və s..
Maraqlıdır ki aktyor üçün rolun kiçiyi böyüyü yoxdur. Məhz bu ideya ilə yola çıxan aktyor, hər obrazında kamilliyə can atır, onun yaddaqalması ucun özunəməxsus cizgilər,ştrixlər seçir. Nəticədə onun ifasındakı obrazlar tamaşaçı marağından yan keçmir.
Məsələn Nicat Kazımovun quruluşunda Filumeno Marrurano tamaşasında ,aktyoru tanımaqda belə insan çətinlik çəkir...Çünki aktyor obrazı ilə o qədər bütövləşib,tamlaşıb ki onu sevməmək mümkün deyil. Ramin bəy bu tamaşada cox maraqla baxılır,qəbul edilir,sevilir və yadda qalır ki tamaşanın umumi ahənginə xususi rəng qatır. Əslində ikinci dərəcəli,epizodik rollar məhz aktyoru formalaşdırır, onun inkişafına zəmin yaradır və gələcəkdə oynayacağı baş rollara təkan verir.
Digər bir obraz bu yaxınlarda tamaşaya qoyulan Dantenin yubileyi tamaşasındakı obrazıdır. Tamaşanın premyerasından sonra dolğun fikirlərimi bildirmişəm və yenə də Ramin bəyin oyununu vurğulamaq istəyirəm.Obrazların hərəsinin öz rəngl var. Tamaşacı bunu aydın görur. Məhz bu tamaşada iki obrazı canlandırmaq və hər ikisinə də, ayrı ayrı rəng qataraq ,fərqli tərzdə tamaşacıya təqdim etmək və yadda qalmaq o qərər də asan deyil.Demək ki aktyor öz uzərində calışır və hər zaman yeniliyə can atır.
Dünən Azərpaşa Nemətovun quruluşunda Cəhənnəm sakinləri tamaşasındakı qonşu rolu da marağımızdan yan keçmədi.Məhşur aktyorların fonunda ikinci dərəcəli obrazlara duzgun yanaşma nəticəsində, bu obrazlar
da xususi sevgi qazandı,
Aktyor daha bir yeni tamaşada rol alıb.Mehriban Ələkbərzadənin quruluşunda "Əsrə bərabər gun" tamaşasında.Demək olar ki butun kollektiv tamaşaya cəlb olunub və əgər sohbət Əsrə bərabər bir gunun səhnədə canlı təsvirindən gedirsə,aktyorların uzərinə duşən məsuliyyət bəllidir.Bu dəfə də Ramin bəy obraz sevgisinə sadiq qalır bu möhtəşəm tamaşaya rəng qatmağa calışır.
Teatrla yanaşı ,aktyor filmlərə ,seriallara,reklamlara da cəkilir və yaradıcılığının coxşaxəli olmasına can atır ki bu da muasir aktyorun inkişafı ucun vacib amildir.
Amma səhnə,canlı unsiyyət,tamaşacı ilə təmas və finaldakı o hərarətli alqış sədalarını dunyada hec nə əvəz edə bilməz.Bu teatrı təmənnasız sevən hər bir aktyor ucun dəyişməz ,əvəzolunmaz hissdir! Ramin Şıxəliyev bir aktyor kimi hər axşam səhnədə bu hissi yaşayır və bundan biz tamaşaçılara da, azacıq da olsa pay duşur!
Hələ üfüqdə yeni yeni Uğurlar var!!

Təranə Feyzullayeva

Oxunub: 444
Oxşar xəbərlər
SON XƏBƏRLƏR