dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir Tibb Kollecində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.


Səhiyyə Nazirliyi Mingəçevir Tibb Kollecində reallaşan anım tədbirində Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, rəis müavini Kamal Nəcəfli, həmçinin idarənin əməkdaşları Ceyhun Məmmədov və Şahnaz Hümbətli iştirak ediblər.Tədbir çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiram və hörmətlə yad edilib. Anım tədbirində çıxış edən kollecin direktoru Fikrət Zeynalov və digər çıxışçılar 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən, əsgər və zabitlərimizin göstərdiyi misilsiz şücaətdən və vətənpərvərlik nümunələrindən bəhs ediblər. Gənclərin milli-mənəvi ruhda tərbiyə olunmasında şəhidlərimizin keçdiyi döyüş yolunun mühüm örnək olduğu vurğulanıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Esmira Hidayətova/Mingəçevir







Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR