dini radikalizm və ekstremizmlə mübarizə

Xəzər Universiteti Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini ehtiramla yad edib


Bu gün Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış, 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək canlarından keçən igid Vətən övladlarının Anım Günüdür.

27 Sentyabr Anım Günü ilə əlaqədar olaraq Xəzər Universitetinin rəhbərliyi və kollektivi şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər. Tədbir çərçivəsində xatirə abidəsi ziyarət olunub, abidə önünə və şəhidlərin məzarları üzərinə tər qərənfillər düzülüb, onların ruhuna ehtiram nümayiş etdirilib.

Universitetin rəsmi internet səhifələrində və sosial şəbəkə platformalarında yayımlanan müraciətdə qeyd olunub:"Vətən uğrunda həlak olmuş qəhrəmanlarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır! Allah bütün şəhidlərimizə rəhmət eləsin!"

Xatırladaq ki, sentyabrın 27-si Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə Vətən müharibəsi qəhrəmanlarının xatirəsini uca tutmaq məqsədilə Anım Günü kimi qeyd edilir.



Oxunub: 1
Oxşar xəbərlər
SON XƏBƏRLƏR