dini radikalizm və ekstremizmlə mübarizə

Lyubov Uspenskaya Bakıdakı konsertinin ləğv edilməsi ilə bağlı AÇIQLAMA VERDİ

Lyubov Uspenskaya Bakıdakı konsertinin ləğv edilməsi ilə bağlı AÇIQLAMA VERDİ

“Rus şanson kraliçası” Lyubov Uspenskaya Bakıdakı konsertinin Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən ləğv edilməsi ilə bağlı açıqlama verib.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, müğənninin oktyabrın 9-da Bakıda baş tutacaq konserti Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən ləğv edilib. Uspenskaya ayıldıqdan sonra anlayıb ki, nə baş verib. Erməni sevdası onu azərbaycanlıların gözündən saldığını bəlkə də dərk edib və qazanc xətrinə guya Azərbaycanı “sevdiyini” dilə gətirib.

“Bu gün yuxudan duranda sarı media və ictimaiyyət tərəfindən yayılan bir xəbər məni mtəəccübləndirdi. Azərbaycan və Ermənistan xalqları arasında münaqişədə guya siyasi bəyanatlarıma görə, Bakıdakı konsertimin ləğv edilməsi xəbəri yayılıb. Məni şoka saldı! Axı insanlar məni nədəsə günahlandırmağa, münaqişəyə salmağa, ləğv etməyə çalışırlar. Mən – sülh adamıyam və xeyirxaham.

Mən başa düşürəm ki, bunların hamısı üç il bundan əvvəlki bir köhnə saxta xəbərə görə şişirdilir, bəs nə məqsədlə? Mən bütün Qafqaz xalqlarını həmişə sevən bir insan kimi azərbaycanlı sənətçilərlə eyni səhnədə onların dillərində (o cümlədən Azərbaycan dilində) “Ağ çiçək” (“Ağ Çiçəyim”) mahnısını ifa etmişəm.

Mən həm Azərbaycanı, həm də bir müddət yaşamağa müvəffəq olduğum Ermənistanı çox sevirəm və bütün bu hadisələrə görə ruhum daim parçalanır. Bütün bunlardan sonra məni hansısa “mənim” mövqeyinə görə ittiham edirlər? Mənim mövqeyim birdir – mən sülh tərəfdarıyam!

Nəticə: cəmi bir neçə saat əvvəl, görünüşü qəzəbli bir dönüş alan xəbərə görə konsert artıq ləğv edilib.

Ümid edirəm ki, məni düzgün eşidəcəksiniz və ifadələri və sözləri kontekstdən çıxarmayacaqsız. Bu mənim cavabım və rəsmi açıqlamam idi. Daha şərh vermək istəmirəm və etməyəcəyim də”, – deyə ermənipərəst müğənni bildirib.

Oxunub: 1 013
Oxşar xəbərlər
SON XƏBƏRLƏR