dini radikalizm və ekstremizmlə mübarizə

Toy başlayır: Elzadan pulsuz şeir, Manafdan endirim… - SORĞU

Baxış Sayı:1 987

Toy başlayır: Elzadan pulsuz şeir, Manafdan endirim… - SORĞU

Nazirlər Kabinetinin qərarı ilə 150 nəfərədək insanın iştirakı ilə toyların, habelə nişan mərasimlərinin keçirilməsinə icazə verilib. Maraqlıdır, sənət nümayəndələri icazə xəbərini necə qarşılayırlar?

Djb.az mövzu ilə bağlı kult.az-ın sorğusunu təqdim edir:

Elza Seyidcahan: “Toylarla bağlı bu qadağanın gündəmdə olması səbəbindən bir çox sənət adamı, dostlarımız ölkə xaricinə getməyə məcbur oldu. İnşallah, bu qərarla birlikdə onlar da Vətənə qayıdar. İlk növbədə onların qayıtmasına çox sevinirəm. Düşünürəm, toylarsız keçən bu müddət bütün sənət nümayəndələri üçün böyük sınaq oldu. Eyni zamanda bütövlükdə pandemiya xalqımız üçün böyük sınaq oldu. Hər mənada bunlardan dərs çıxarmaq, şükür etmək lazımdır. Xatırlayıram, pandemiyadan öncə toylarda mənimlə şəkil çəkdirmək istəyənlər çox idi. İnşallah, vaksin vurdurduqları üçün və mövcud tələbləri də nəzərə alsaq, şəkil çəkdirə biləcəm. Onu da deyim ki, bu qərar münasibətilə şeir də yazmışam. Qarşıdakı günlərdə toyların açılması ilə bağlı yeni bir şeir də yazacam. Həm də getdiyim toylarda şeirlərimi pulsuz oxuyacam”.

Manaf Ağayev: “İcazə uzun zamandır işsiz qalan bir çox musiqiçinin üzünü güldürdü. İl yarımdır ki, toylar, el şənlikləri təşkil edilmir. Təkcə müğənnilər deyil, musiqiçilər, toy mərasimləri ilə bağlı olan peşə sahibləri də işsiz idi. Bəzilərinin vəziyyəti çox acınacaqlıdır. Eşitdiyim qədəri ilə bəzi sənət nümayəndələri məcburiyyətdən əlavə işlər görməyə başlayıb, bəziləri isə əlində olan mal-mülkü satacaq hala gəlib. Buradan hər kəsə gözaydınlığı verirəm – ilk növbədə müğənni dostlarıma, daha sonra ana-atalara, övlad toyu etmək üçün bu qərarı gözləyən insanlara. Artıq bir neçə dəfədir mənə qiymətlə bağlı suallar da ünvanlanır. Demək istəyirəm ki, uzun müddətdir toylar yox idi, pandemiyaya görə vətəndaşların vəziyyəti məlumdur. Düşünmürəm ki, indiki halda hansısa müğənni toy qiymətlərinə artım edər. Əksinə, endirimlər olmalıdır. İnşallah, toy-büsatlı xoş günlərimiz çox olsun”.

Namiq Məna: “Dövlətimizin verdiyi bütün qərarlar xalqımızın, vətəndaşlarımızın, həmçinin sənət adamlarının xeyrinədir. Koronavirus adi bir xəstəlik deyil, görün, nə qədər adam bu xəstəlikdən dünyasını dəyişdi, onların içində tanınmışlar da var. Yəni toyların keçirilməməsi, el şənliklərinə icazə verilməməsi səbəbsiz deyildi. Sevindirici haldır ki, bu gün vəziyyət yaxşıya doğru gedir”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR