dini radikalizm və ekstremizmlə mübarizə

"Biləndəki, bu xanım Bakıda belə bir qalmaqal yaşayıb dedi ki, bu ifaçılar gərək, "əl üstə" tutula..."


Bütün dövrlərdə yenilik etmək, haqq səsini ucaltmaq istəyən insanlar birmənalı qarşılanmayıb... Ona müxtəlif don geyindirənlər, ağız üzənlər olub və olacaq... Güclülər qalıb gəlib, gücsüzlər geri çəkilib. İndi də məhz o məqamdır... Müğənni artıq çəkdiyi cəfanın səfasını görmək istəyir, bütün dünyada olduğu kimi... Amma...
Deməli, həmişə mədəniyyətdən, ən çox da teatrdan tamaşalardan resenziyalar yazan mən heç vaxt şou məkanına daxil olmamışam. Amma düşünürəm ki, bu dəfə söhbət ciddi musiqidən gedir və Xatirə İslam yaradıcılığı da buna sübutdur.
Onun yaradıcılığı ilə tanış olduqca, anlayırsan ki, bu ifaçı məhz professional dəst xətti ilə seçilir və buna illərini verib. Və nəzərə alsaq ki, ölkə müharibə və virusla çarpışdığı bir zamandan keçir. Sənətçinin maddi tələbatını ödəməsi üçün halal qonararını istəməsi ağıllı və mədəni insanlar tərəfindən alqışla qarşılanmalıdır.
Müğənninin "Böyük dayaq" filmindəki mahnısı isə demək olar ki, insanın ən incə hisslərinə təsir etməklə yanaşı, onun səs tembrinin nəyə qadir olduğunu sübut edir.
Bu günlər sosial şəbəkədə dostluq etdiyim Amerikada yaşayan Ozan bəy məndən bir azərbaycan ifaçısının musiqisini göndərməyi xahiş etdi. Mən də Xatirə İslamın milli kaloritli bir neçə ifasını göndərdim... Çox bəyəndi və biləndəki, bu xanım Bakıda belə bir qalmaqal yaşayıb dedi ki, bu ifaçılar gərək, "əl üstə" tutula...
Bəli, öz milli sənətimizə, sənətçilərimizə sahib çıxaq ki, ara musiqiçiləri, ara mahnıları ayaq açıb yeriməsin. Və efiri olan aparıcılar da unutmasınlar ki, mədəni, sivil zövqlü tamaşaçıya sahib olmaq, o qədər də asan deyil...

P.S. Xatirə İslamla şəxsi tanışlığım yoxdu... Özü də təsdiq edə bilər... Solo konsertlərində olmuşam. Hətta Opera teatrında konsert zamanı, texniki problemdən dolayı xoşagəlməz insident yaransa da o , canlı ifaya keçdi. Ümid edirəm ki, onun səsini, möhtəşəm konsert salonlarından yenidən dinləmək şansım olacaq!

Təranə Feyzullayeva

Oxunub: 1 361
Oxşar xəbərlər
SON XƏBƏRLƏR