dini radikalizm və ekstremizmlə mübarizə

"Sənətdə iri addımlarla irəliləyən rejissor"!


Akademik Milli Dram Teatrında Respublikanın əməkdar artisti Nicat Kazımovun quruluşunda yeni tamaşanın məşqlərinə başlanılıb.



O rejissordu... Və bizə müxtəlif obrazları təqdim edir... Əlbəttə ki, aktyorların ifasında və öz rejissor yorumunda. İstədim bir yazar olaraq mən də onun gördüyüm obrazını yaradım.. Rejissor kimi tələbkar (məşqində olmuşam)... Pedaqoq kimi- savadlı, insan kimi- istiqanlı, xarizmatik, ata kimi- dost .Və inanıram ki, yaşandıqca bu siyahı çox uzanacaq... Onun çoxşaxəli istedadının müxtəlif sahələri üzə çıxacaq... Mənimçünsə o, ən başlıcası səmimiyyəti ilə yadda qalıb... Həyatımda yüzlərlə müsahibimlə ünsiyyət qurmuşam, amma onun qədər səmimi müsahibim tək-tükdu.
Əslində yaradıcı kollektivdə insanlarla həm səmimi dost olaraq, eyni zamanda ciddi iş qurmaq çox çətindir... Çünki söhbət, yaradıcı kollektivdən gedir... O, isə bunu bacarır..
O həm də aktyorlarla çiyin-çiyinə səhnəni də paylaşır. Müxtəlif tamaşalarda müxtəlif obrazlarda tamaşaçı önünə çıxır və bizi öz aktyorluq məharəti ilə sevindirir. Məncə bu da səhnəyə olan sonsuz məhəbbətin təzahürüdür...
Nicat Kazımov samballı tamaşalara imza atmaqla yanaşı, teatrın yubiley gecələrinə də quruluş verir. Buna misal olaraq, bu günlər aktrisa Almaz Mustafayevanın möhtəşəm 70 illik yubileyini misal göstərmək olar.
Bu çətin işin öhdəsindən gəlmək o qədər də asan deyil. Təsəvvür edin, həyatının böyük bir hissəsini teatra həsr edən sənətkarın benefis gecəsinin hazırlanmasının ciddiliyini və məsuliyyətini... Nicat bunu bacarır və müasir tandemlərə cavab verəcək quruluşda bizə təqdim edir.
Bir nüansı da qeyd edim... Hər sənətkara nəsib olmur ki, gənc nəslə bildiklərini ötürsün, öyrətsin. O həm də xoşbəxt atadır, ona görə ki, oğlu ilə bir səhnəni paylaşır və tələbələri arasında öz doğma oğlu da var.
Hazırda rejissor, Akademik Milli dram teatrının səhnəsində Eduardo de Filliponun “Filumena Marturano” adlı yeni tamaşanın məşqlərinə başlayıb. Əsərin bədii rəhbəri xalq artisti Azərpaşa Nemətov, quruluşçu rejissoru res. əməkdar artist Nicat Kazımovdur. Tamaşada xalq artistləri Bəsti Cəfərova, Ramiz Novruz, Cəfər Namiq Kamal və s. lər məşğuldur. Əsərdə qadın hüquqları, cəmiyyətdəki təzadlar mühüm yer tutur. Onu da qeyd edim ki, rejissor bu teatrda da uğurlu tamaşalara quruluş verməkdədir.

P.S. Nicat Kazımov haqqında çox şey yazmaq olar... Amma mən uzunçuluğu sevmirəm... Sadəcə bilirəm ki, onunla hər yaradıcı görüş, bir yenilik, bir uğur rəmzidir... Və mənim beynimdə, yaddaşımda o belə qalıb : "Sənətdə iri addımlarla irəliləyən rejissor"!

Təranə Feyzullayeva

Oxunub: 684
Oxşar xəbərlər
SON XƏBƏRLƏR