dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin müsbət saldosu cüzi azalıb

Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin müsbət saldosu cüzi azalıb

Ötən il ərzində Azərbaycanın Avropa İttifaqı ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 12 929,9 mln. ABŞ dolları təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 22,3 mln. dollar və ya 0,2% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, ötən il 2018-ci il ilə müqayisədə ixracın həcmi 79,8 mln. dollar və ya 0,75% azalaraq 10 499,24 mln. dollara, idxalın həcmi isə 102,04 mln. dollar və ya 4,4% artaraq 2 430,72 mln. dollara bərabər olub.

Hesabat dövründə 8 068,52 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb ki, bu göstərici 2018-ci il ilə müqayisədə 181,82 mln. dollar və ya 2,2% azdır.

Oxunub: 546
Oxşar xəbərlər
SON XƏBƏRLƏR