Bu il martın 1-nə Azərbaycan banklarının xarici öhdəlikləri 1 668,8 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 244,3 milyon manat və yaxud 12,8% azdır.
Bankların xarici öhdəlikləri ilin əvvəlinə nisbətən 159,3 mln. manat və yaxud 8,7%, son 1 ildə isə 584,1 milyon və yaxud 25,9% azdır.