dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda qadının evindən bir milyon manatlıq oğurluqla bağlı məhkəmə başlayır

Bakıda qadının evindən bir milyon manatlıq oğurluqla bağlı məhkəmə başlayır

Bakıda qadının mənzillindən 1 milyon manatlıq oğurluq etməkdə təqsirləndirilən Tural Rəhimlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Djb.az Apa-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Hafiz Əliyevin icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il avtustun 4-də Bakıda baş verib. Şəhər sakini Zülfiyyə Əliyevanın mənzilindən 1 milyon manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Qadının şikayəti əsasında araşdırma başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Tural Rəhimli saxlanılıb.

Oxunub: 722
Oxşar xəbərlər
SON XƏBƏRLƏR