dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda "KamAZ" 10 yaşlı uşağı vuraraq öldürüb

Bakıda "KamAZ" 10 yaşlı uşağı vuraraq öldürüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Qurban Məhərrəmovun idarə etdiyi "KamAZ 5320" markalı yük avtomobili yolu keçmək istəyən 2010-cu il təvəllüdlü Əkbər Şirəliyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci(yol istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Oxunub: 483
Oxşar xəbərlər
SON XƏBƏRLƏR