Bakıda marşrut avtobusu ağır qəza törədib.
Hadisə Binəqədi qəsəbəsi ərazisində baş verib.
Belə ki, "Çinar Trans" MMC-nin istismarında olan 133 saylı xətt üzrə hərəkət edən və Əkbər Mehdiyevin idarə etdiyi “Karsan” markalı avtobus Binəqədi şosesi ilə Zəngəzur küçəsinin kəsişməsində işıqforun qırmızı işığında hərəkətini davam etdirib.
Nəticədə avtobus yaşıl işıqla öz yoluna davam edən “Opel Corsa” markalı avtomobilə çırpılıb. İdarəetmədən çıxan avtomobilin hərəkətdə olan “Changan” və “Hyundai Santa Fe” markalı avtomobillərə çırpılması nəticəsində zəncirvari qəza baş verib.
“Opel Corsa”nın sürücüsü Azər Mirzəxan oğlu Əyyubov və sərnişini Cavid Mahir oğlu Məmmədov qəza yerində həlak olub. “Changan”ın sürücüsü Babək Orucov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.
Oxunub: 69