dini radikalizm və ekstremizmlə mübarizə

Fransanın birinci xanımının həyatından serial çəkilir


Fransanın birinci xanımı Bricit Makronun həyatı yeni serialın mövzusu olacaq.

Gaumont prodüser şirkəti bildirib ki, “Bricit, azad qadın” adlı 6 hissədən ibarət serial Emmanuel Makronun həyat yoldaşının həyatından bəhs edəcək.

Serialın ssenaristlərindən biri bildirib ki, film cütlüyün ilk görüşü ilə başlayacaq. Bricit Makron hazırkı əri ilə ilk dəfə orta məktəbdə müəllim işləyərkən tanış olub.

Cütlük 2007-ci ildə, Makronun 29, Bridgetin 54 yaşı olanda evlənib.

Bricit bir müddət müəllimlik fəaliyyətini davam etdirib, lakin 2015-ci ildə əri siyasətə gələndə işdən ayrılıb. Emmanuel Makrob 2017-ci ildə prezident seçilib.

Fransa mətbuatı Briciti prezidentin həmişə fikrini soruşduğuı nadir insanlardan biri kimi təsvir edir.

Gaumont bildirib ki, yeni serialın ssenarisini fransız yazıçıları Benedikt Şarl və Olivye Puponneau yazacaq.

Serialın aktyor heyəti hələ açıqlanmayıb.(BBC)

Oxunub: 106
Oxşar xəbərlər
SON XƏBƏRLƏR