dini radikalizm və ekstremizmlə mübarizə

"Jurnalistlər qonaq deyil" - Sahibə Qafarova

"Jurnalistlər qonaq deyil" - Sahibə Qafarova


Deputat Rüfət Quliyev Milli Məclisin bu gün keçirilən iclasında çıxışına başlayan zaman bildirib ki, iclasda iştirak edən qonaqları salamlayır.

Deputat çıxışını bitirdikdən sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu gün qonaqlar iştirak etmir.

"Rüfət müəllim, siz qonaqları da salamladınız. Amma bu gün bizim qonaqlarımız yoxdur".

Buna cavab olaraq deputat Rüfət Quliyev jurnalistləri salamladığını diqqətə çatdırıb.

Spiker isə qeyd edib ki, jurnalistlər qonaq deyil: “Onlar bizimlə bərabər səhərdən axşama qədər işləyirlər”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR