dini radikalizm və ekstremizmlə mübarizə

"Nazir bilib, nəticə çıxarmırsa..." - Siyavuş Novruzov

"Nazir bilib, nəticə çıxarmırsa..." - Siyavuş Novruzov


"DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatla bağlı istintaq gedir. Yəqin ki, səbəbləri barədə açıqlama veriləcək".

Bunu "Unikal"a açıqlamasında deputat Siyavuş Novruzov Mədəniyyət Nazirliyindəki həbslərlə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə gedir: "Bu, yerli, mərkəzi icra hakimiyyəti orqanlarını, güc strukturlarını və digər sahələri əhatə edir. Hesab edirik ki, həm inzibati metodla, həm də ictimai qınaqla bunların qarşısı alınacaq".

Yeni təyin olunan gənclər arasında da əyri yollara gedənlərin olmasına gəlincə, deputat bildirib ki, bu, təyin olunmanın müddəti ilə deyil, insanın xisləti, tamahkarlığı ilə bağlıdır:

"Təyinat məsələsinə gəlincə, belə hallara yol verənlər arasında yaşlı olduğu kimi, gənclər də var. Bir də görürsən, gənc daha pis əməllərə yönəlir, nəyinki yaşlı nəslin nümayəndəsi. Hər kəs özünə və strukturuna cavabdehlik daşıyır. Strukturda hansısa hadisə baş verirsə, avtomatik olaraq həmin qurumun rəhbəri buna cavabdehdir. Bəzi hallarda strukturdan kənarda baş verən hadisələr də olur. Yaxud, iki nəfər arasında elə hadisə ola bilər ki, struktur rəhbərinin o barədə məlumatı olmaz. Amma bilib, nəticə çıxarmırsa, təbii ki, məsuliyyət daşıyır".

Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Məlumata görə, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Protokol Şöbəsinin rəisi Kamil Rzayev, Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov və digər vəzifəli şəxslər istintaqa cəlb olunublar.

Oxunub: 242
Oxşar xəbərlər
SON XƏBƏRLƏR