dini radikalizm və ekstremizmlə mübarizə

Sumqayıt şəhəri 43 saylı 3-cü seçki dairəsinin seçki məntəqələri


Bu gün səhər saat 08:00-da Azərbaycan Respublikasının bütün ərazisində bələdiyyə seçkiləri başlayıb.
Bu gün mən bölgə müxbiri olaraq bu seçkinin hansı səviyyədə keçməsini əyani izlədim. Sumqayıt şəhərində fəaliyyət göstərən 43 saylı Sumqayıt 3-cü seçki dairəsinin bir neçə məntəqəsində oldum. Sumqayıt şəhəri yüksək səviyyədə seçici aktivliyi ilə fərqlənir.
Sumqayıt şəhəri Musiqi kollecində yerləşən 43 saylı Sumqayıt 3-cü seçki dairəsinin 43 saylı məntəqəsində statistik məlumata görə saat 16:00-a qədər bu məntəqədə 1206 seçicidən 230 seçici səs vermiş, ən yaşlı seçici 1943-çi il təvəlüdlüdür. Məntəqənin sədri Sevinc Cavadovadır.
Sumqayıt şəhər Z.Hacıyev adına 17 saylı orta məktəbdə yerləşən 43 saylı Sumqayıt 3-cü seçki dairəsinin 33 saylı Sumqayıt 3-cü seçki dairəsinin 33 saylı məntəqəsində statistik məlumata görə saat 16:00-a qədər bu məntəqədə 1283 seçicidən 360 seçici səs vermiş, ən yaşlı seçici 1932-ci il təvəllüdlü Rzayeva Siyafət Hacı qızıdır. 18 yaşında ilk dəfə səs verən 10 nəfər seçici var. Məntəqənin sədri Rəna Ağabala qızı Rufullayevadır. Sumqayıt şəhər Uşaq diş poliklinkasında yerləşən 43 saylı Sumqayıt 3-cü seçki dairəsinin 31 saylı Sumqayıt 3-cü seçki dairəsinin 31 saylı məntəqəsində statistik məlumata görə saat 16:00-a qədər bu məntəqədə 961 seçicidən 70-ə qədər seçici səs vermiş, ən yaşlı seçici 1933-çü il təvəlüdlüdür. 70 yaşından yuxarı 13 nəfər, 18 yaşında ilk dəfə səs verən 1 nəfər seçici var. Məntəqənin sədri Aslan Cabbar oğlu İsmayılovdur.
Sumqayıt şəhər T.İsmayılov adına 29 saylı orta məktəbdə yerləşən 43 saylı Sumqayıt 3-cü seçki dairəsinin 19 saylı Sumqayıt 3-cü seçki dairəsinin 19 saylı məntəqəsində statistik məlumata görə saat 16:00-a qədər bu məntəqədə 1148 seçicidən 290 seçici səs vermiş, ən yaşlı seçicinin 81 yaşı var. 70 yaşından yuxarı 13 nəfər, 18 yaşında ilk dəfə səs verən 7 nəfər seçici var. Məntəqənin sədri İlahə Əlyar qızı Kazımovadır. Sumqayıt şəhər T.İsmayılov adına 29 saylı orta məktəbdə yerləşən 43 saylı Sumqayıt 3-cü seçki dairəsinin 17 saylı Sumqayıt 3-cü seçki dairəsinin 17 saylı məntəqəsində statistik məlumata görə saat 16:00-a qədər bu məntəqədə 1378 seçicidən 200-dən çox seçici səs vermiş, 70 yaşından yuxarı 6 nəfər, 18 yaşında ilk dəfə səs verən 5 nəfər seçici var. Məntəqənin sədri Yeganə Saleh qızı Novruzovadır. Müşahidə etdiyim hər bir məntəqədə sakinlər rahat qaydada gəlib öz səslərini verirdilər. Müxtəlif partiyalardan və bitərəf müşayətçilərinin nəzarəti altında keçirilən hər bir seçki dairəsi çox şəfaf şəkildə seçki keçirilir. Heç bir neqativ halla rastlaşmadım.

Yeganə Telmanqızı








Oxunub: 1 030
Oxşar xəbərlər
SON XƏBƏRLƏR