dini radikalizm və ekstremizmlə mübarizə

Ermənistanın Rusiyaya nə qədər borcu var? – Siyahı

Ermənistanın Rusiyaya nə qədər borcu var? – Siyahı

Rusiyanın borc verdiyi ölkələrin siyahısı açıqlanıb.

Axar.az xəbər verir ki, bu məlumatı RBK yayıb. Rəsmi hesabatlarda axtarış aparan sayt hazırda ən azı 17 dövlətin Rusiyaya borclu olmasını və bu borcun təxminən 27 milyard dollar olduğunu bildirib. Sayt hazırda Moskvaya ən çox MDB dövlətlərinin borcu olduğunu yazıb.

Siyahıda ilk yeri Belarus tutub. Minskin Moskvaya borcu 7,5 milyard dollar olub. İlk üçlüyü Ukrayna (3,7 milyard dollar) və Venesuela (3,5 milyard dollar) qapadıb. Növbəti pillələrdə Kuba (3,2 milyard), Banqladeş (2 milyard ), Kipr (1,8 milyard), Hindistan (1,1) və digərləri qərarlaşıb.

MDB ölkələri sırasında Rusiyaya ən çox borclanan ölkələr arasında Ermənistan da yer alıb. RBK açıq mənbələrdən Ermənistanın borcunun 300 milyon dollar olduğunu öyrənə bildiyini bəyan edib.

Oxunub: 465
Oxşar xəbərlər
SON XƏBƏRLƏR