Çində karaoke-barda qəsdən yanğın törədərək 18 nəfərin ölümünə səbəb olan şəxs edam edilib.
APA-nın xəbərinə görə, bu barədə “Penpay” saytı məlumat yayıb.
Edam cəzası Çin Xalq Respublikası Ali Xalq Məhkəməsinin müvafiq qərarına əsasən icra edilib.
Qeyd edək ki, ötən il aprel ayının 24-də Quandun əyalətində yerləşən karaoke-barda yanğın baş verib, hadisə nəticəsində 18 nəfər ölüb. Yanğının qəsdən törədildiyi məlum olub.
Oxunub: 446