Mən necə darıxıram Dünyanın bu başında? Sən necə darıxırsan Dünyanın o başında? Səsindən qulağımacan Elə darıxım gərək, Eşidim qulağımacan Darıxmağına acam. Mən elə həvəsliyəm, Elə ehtiyaclıyam, Nəfəsimə qədərdi Darıxmağım bu gecə. Elə darıxacağam, Elə-elə indicə, Dünyanın hər yerində Bir qadın darıxacaq, Bir kişi ağlayacaq. Mən belə darıxıram, Sən necə darıxarsan?