2026-cı il oktyabrın 23-də keçirilən “9- cu Uluslararası Mavi Karadeniz Kongresi”ndə
Qarabağ Universitetinin p.ü.f.d Ramin Allahverdiyev, Xəzər Universitetinin Psixologiya departamentinin əməkdaşı və Xəzər Psixoloji Xidmət Mərkəzinin psixoloq-psixoterapevti Mirsadiq Muxtarov həmmüəllif olduqları “Klinik olaraq psilosibinlərin dərman vasitəsi kimi müxtəlif psixi pozuntuların müalicəsində istifadəsinə müasir yanaşmalar” mövzusunda ədəbiyyat icmalı ilə çıxış ediblər.
Təqdimat zamanı psilosibinlərin müxtəlif psixi pozuntuların müalicəsində istifadəsinə dair müasir elmi yanaşmalar nəzərdən keçirilib. Psilosibinlərin klinik tətbiqi, onların psixi sağlamlıq sahəsində potensial terapevtik imkanları və müxtəlif psixi pozuntuların müalicəsində istifadəsinə dair elmi ədəbiyyatda yer alan yanaşmaları diqqətə çatdırılıb.
Mirsadiq Muxtarov ədəbiyyat icmalında psilosibinlərin müalicə vasitəsi kimi istifadəsinin müasir psixiatriya və klinik psixologiya baxımından əhəmiyyəti, bu sahədə aparılmış elmi araşdırmaların nəticələri və mövcud yanaşmaların qiymətləndirilməsi məsələlərini ön plana çəkib.
Təqdimat psixi pozuntuların müalicəsində yeni terapevtik yanaşmaların araşdırılması və psilosibinlərin klinik istifadəsinə dair elmi biliklərin genişləndirilməsi baxımından mövzunun aktuallığını bir daha diqqətə çatdırıb.
Oxunub: 0