Heydər Əliyev Fondu yarandığı gündən dövlətçiliyimizin qorunmasında əzmlə çalışıb. Eyni zamanda, hər zaman hümanist addım atmaqda və hümanist layihələrin icrasında iştirak etmişdir. Heydər Əliyev Fondu, Fondun prezidenti, ölkənin birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə daim xeyriyyə işləri həyata keçirtmişdir. Bu istiqamətdə ümumrespublika üzrə Heydər Əliyev Fondunun işləri saysız-hesabsızdır. Xanım Əliyeva daim hümanist layihələrin müəllifi olmuşdur.
Bu gün Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, beynəlxalq miqyasda da humanizm, mərhəmət və sosial həmrəylik prinsiplərini fəaliyyətinin əsas istiqamətinə çevirən nüfuzlu qurumlardan biri kimi tanınır. Fondun həyata keçirdiyi layihələr insanların rifahının yüksəldilməsinə, cəmiyyətin həssas təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə, təhsil, səhiyyə, mədəniyyət, elm və idmanın inkişafına mühüm töhfələr vermişdir. Məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, tibb müəssisələrinin tikintisi və əsaslı təmiri, aztəminatlı ailələrə, şəhid ailələrinə, müharibə veteranlarına, əlilliyi olan şəxslərə və xüsusi qayğıya ehtiyacı olan insanlara göstərilən davamlı dəstək Fondun fəaliyyətinin humanist mahiyyətini əyani şəkildə nümayiş etdirir.
Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr milli-mənəvi dəyərlərimizin qorunmasına, multikulturalizm və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə, Azərbaycanın zəngin tarixi-mədəni irsinin dünyada tanıdılmasına da mühüm xidmət göstərmişdir. Onun rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti insan amilinə verilən yüksək dəyərin, mərhəmət və şəfqət prinsiplərinin real təcəssümüdür.
Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti bir daha sübut edir ki, güclü dövlətçilik yalnız siyasi və iqtisadi uğurlarla deyil, eyni zamanda humanizmə, sosial ədalətə, milli-mənəvi dəyərlərə və insanlara göstərilən diqqət və qayğıya əsaslanır. Məhz bu ali prinsiplər Fondun fəaliyyətinin əsas fəlsəfəsini təşkil edir və onun həyata keçirdiyi layihələr Azərbaycanın davamlı inkişafına, xalqımızın rifahına və ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə mühüm töhfə verməkdə davam edir.
Dr. Mirsamir Məmmədov İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz və MDB ölkələri üzrə Azərbaycan Respublikasındakı
Regional Nümayəndəliyinin Direktoru,
İsrail Təhlükəsizlik Akademiyasının qlobal təhlükəsizlik, beynəlxalq terrorizmlə və beynəlxalq cinayətkarlıqla mübarizə üzrə Akademiki,
Böyük Britaniyada yerləşən Beynəlxalq Polis Akademiyasının Azərbaycan və Qafqaz üzrə Koordinator direktoru,
İsraildə yerləşən Dünya və Avropa Krav Maqa (Terrorla mübarizə taktiki təlimləri) Federasiyalarının Müstəsna Komitəsinin üzvü və Azərbaycan Respublikasındakı Regional Nümayəndəliklərinin direktoru,
"İSRAİLDƏ AZƏRBAYCAN EVİ" Diaspor qurumunun direktor müavini və Azərbaycandakı Nümayəndəliyinin direktoru
Oxunub: 2