dini radikalizm və ekstremizmlə mübarizə

Elin oğlu


Bu gəlimli gedimli dünyadan keçib gedir insan. Kimi elə ömür yaşayır ki, varlığı ilə yoxluğu bilinmir. Elə insanda var ki, varlığı bir dayaq, sözü əmanət, özü nemətdir.

Söz açacağım el ağsaqqalı elimizin, obamızın fəxri olan Mirmahmud Mirəlioğlu ilə qohum toyunda görüşdük. Allah hər evə xeyir işlər qismət eləsin Elimiz gözəl adət ənənəsi var. Nə gözəl ki, var ... İşdən gücdən vaxt ayırıb bir birimizi görmədikdə şad günlərdə görüşürük.

Azərbaycan Respublikasının Milli Məclisi I və II deputatı olan Mirmahmud dayının haqqı böyükdür üstümüzdə.

Gəlimli-gedimli, bir ucu ölümlü dünyada ƏSL İNSAN kimi yaşamaq, el dili ilə desək, sağ ikən rəhmət qazanmaq hər kəsə nəsib olan tale,qismət payı deyil.

Sağlığında rəhmət qazanmaq üçün kasıblara, yetim-yesirlərə əl tutmaq, kimsəsizlərə, yoxsullara həm maddi, həm mənəvi dəstək olmaq lazımdır. ƏSL İNSAN olmaq üçün gərək ALLAH adamı olasan. ƏSL İNSAN olmaq üçün elinin, obanın qədrini bilmək, torpağına, Vətəninə, xalqına bağlı olmaq lazımdır və ən əsası, bütün bu kimi mühüm insanı keyfiyyətlər, həyati məqamlar irsində, genində, nəsil şəcərəndə formalaşmalıdır. Hər saqqalı ağ olana ağsaqqal deməzlər. Müdrik el ağsaqqalı olmaq üçün elin, obanın, ətrafındakı insanların qayğısına qalmaq gərəkdir!
Yuxarıda sadaladıqlarımı özündə cəmləşdirən əsl vətənpərvər, ziyalı, qayğıkeş və mehriban ailə başçısı, qohumcanlı, istiqanlı bir insan, ömrünün uzun illərini dövlətimizə, dövlətçiliyimizə, rayonumuza, qəsəbəmizə həsr edən hörmətli
Mirmahmud dayıya qohumlar və onu sevənlər adından Uca Yaradandan can sağlığı, uzun ömür arzu edirəm.

Azər Nəsirov

Oxunub: 286
Oxşar xəbərlər
SON XƏBƏRLƏR