dini radikalizm və ekstremizmlə mübarizə

ESSE BARIŞIQ


(Olmuş həyat hekayəsi adlar dəyişdirilib))
Payızın son ayı idi. Hava sərin , küləkli , günəş qızılı şəfəqləri ilə hər tərəfə işıq saçırdı. Qızılı yarpaqlar ağacın budaqlarından ayrılıb yellənə-yellənə torpağa sərilirdilər. Köçəri quşlar isti ölkərərə səfər etdikcə bizim də Gürcüstandan Azərbaycana köç etməyimiz gəlir xəyallarıma...
Qəfil zəng hamımızı dərin xəyyallara daldırdı. Telefonun o başından zəng gəldi Polkovnik Ramiz zəngə cavab verəndə hiss etdim ki , kədərli xəbərdi. Danışıq bitdi Polkovnik çox təəsüflə üzücü xəbəri bizə də söylədi .Qohumumuz Aslan rəhmətə getmişdi. Biz tez yığışıb hüzür evinə getdik.Yolboyu Asllandan onun ailəsindən xoş xatirələr danışdıq. Aslan çox qoçaq , işinin mütəxəssisi bir peşəkər idi. Maşın ustası idi .
İki oğlu var idi , Xanımı Həlimə də çox zəhmətsevər qadındı.Məhləmizdə kimin toyu, nişanı olsa birinci onu çağırırdı hamı. Biz Gürcüstalı olduğumuza görə Məclislərimizdə gürcü, rus qonaqları da olurdu. Həlimə xanım həm Azərbaycan, həm də gürcü milli yeməklərini çoz ustalıqla hazırlayırdı. Qohumlar arasında xüsusi hörməti var idi . Atam da çox istəyərdi onun xətrini. Nəhayət Aslan qaldığı evə çatdıq.Hamı maşından düşdü evə getdik. Evdəki izdihamın içində Həlimə bizi görüb hönkürdü . Aslanın sevimli qohumları gəldi deyə fəryad qopardı... Dəfn vaxtı yaxınlaşdıqca ailə daha da kövrəlirdi , vida vaxtı çatdı . Oğulları , qardaşı , nəvələri Aslanı son mənzilə çiyinlərində apardı .Biz də hamımız dərin hüznlə yola saldıq. Bu arada gəlnimiz və anamda yanımda idi . Qonşular da var idi yanımızda . Birdən kimsə çox təəsüf, səndən Aslan gəlin evdən getdi , həmişə danışırdın ailəndən sevə -sevə. Mən necə bəyəm Mübariz bəyəm ayrılıb ailəsindən .Qonşu bəli ayrıldılar oğlunun biri anasıyla getdi, böyük oğlu Cavad atasıyla qaldı . Nənəsi babası Mübariz və oğlu Cavad . Mən onları şox istəyirdim . Həyatdı da ailədə olan bu olaydan xəbərim olmayıb. Mübarizə baxdım və çox təəsüfləndim . Cavan, ucaboy, yaşılgözlü , enlikürək yaraşıqlı bir azəri bəyi ... Yaşının ən gözəl çağında ailə dağılıb . Çox təəsirləndim . Dəfn mərasimi başa çatdı . Mən Aslanın nəvəsi Cavadı yanıma çağırdım . Çox səmimi söhbət etdik .Ailənin dağılma səbəbini araşdırdım . Hamıda olduğu kimi maliyyə problemləri xırda söz- söhbətdə başlayıb axırda da ayrılmaqla qurtarıb .Atam əvvəl işləyirdi dolanışığımız yaxşı idi. Sonra işini dəyişdi maliyyə çətinlikləri də ailəmizin dağılmağına səbəb oldu .Mən, Cavad, sən ağıllı oğlansan . Hər ev , hər ocaq bir ziyarətgahdır. Biz evlərimizin .ailələrimizin bütövlüyünü daima qorumalıyıq. Hər bir ailədə olur çətinliklər, zəif iradəli qadın ya kişi bu çətinliyə dözməyib ailəni dağıdır . Necə ki ev tikirsən evin bünövrəsi əgər saf sevgi, məhəbbətlə tökülübsə , o evi heç bir tufan , heç bir qasırğa yıxa bilməz . Evin bünövrəsi , özülü zəifdirsə o ev bir neçə dəfə təkandan sonra mütləq yıxılacaq. Cavad diqqətlə məni dinləyir . Mən ona Cavad get ananı qarşına qoy danış de ana mənim atam ömrünü tək yaşamağa layiq deyil. Qardaşım sənnən mən atamla .Biz böyümüşük ac da qalsaq, tox da qalsaq bizə qəbuldu ,təki ailə bir ocaqdan isinsin. Ya atamla barışacaqsan , ya da mən sənnən imtina edəcəm. Birdə məndən ana sözünü eşitməyəcəksən . Sən belə de bala, mütləq nəticə verəcək .Ananı da yanına sal gətir evə. İki evdə qazan asmazsiz . Nənən də sevinər . Qucaqlayıb bağrıma basdım .Cavad yaxşı bibi .Sizin nəsihətlərinizi həyata keçirəcəm .Cavad amma bu bizim sirrimiz olsun . Anan atanla barışan kimi mənə xəbər edərsən . Mən həmişə sizinləyəm . Həmişə mənimlə bölüşə bilərsən, hər zaman arxandayam .Aslanın xatiri mənim üçün çox əzizdir. Cavad bibi nə yaxşı ki ,sizi yaxından tanıdım .Nə yaxşı ki sizin böyük ürəyinizi duymaq mənə nəsib oldu .
Mubarizin xanımı ilə də məqam tapıb söhbət etdim . Ona da öz məsləhətlərimi verdim . Ayrılıb evə gəldik Həlimə ilə görüşdük . Aradan bir həftə keçdi Cavad mənə mesaj yazdı .Salam bibi necəsiz . Mən getdim anamla ciddi söhbət etdim sizin dediyiniz sözləri də ona dedim . dedim bizim evliliyimiz var nənəm yaşlaşıb niyə axı atamın mənim quluğunda nənəm durmalıdı sən yox.Ya atamla barış ya da mən adlı oğlum var demə.
Anam ağladı məni qucaqladı yox oğlum mən səni itirə bilmərəm, yaxşı barışıram . Anamı da, qardaşımı da evə gətirdim. Ailənin kədəri , sevinclə əvəz oldu. Hamı sevinirdi .Biz Aslanın qırxına gedəndə ailəni bütöv gördüm .Çox sevindim .Bu bütövlükdə mənim də payım var idi.Cavad gəldi yanıma mən onu bağrıma basdım əhsən dedim .
Allah bütün küsülü ailələri barışdırsın ! Aminn!

Cəvahir Qaraqızı

Oxunub: 5 395
Oxşar xəbərlər
SON XƏBƏRLƏR