Sən mənə can desən bil ki,can ollam,
Yer ollam,göy ollam,asiman ollam,
Səndən uzaqlarda sis-duman ollam,
Bir can kəlməsinə min can deyərəm!
*
Axtarsan,arasan,hey əzizləsən,
İllərlə gözlərəm desən gözlə sən,
Arxamca dolanıb məni izləsən,
Yoluna,izinə qurban deyərəm!
*
Sən mənim qeydimə qalası olsan,
Qəmlərin əlindən alası olsan,
Könlümün rubabın çalası olsan,
Həm sübhün səfəqi,həm dan deyərəm!
*
Sən mənim eşqimlə çay tək caglasan,
Fikrini-zikrini mənə bağlasan,
Mənimlə bir gülüb,birgə ağlasan,
Könlümə şölə saç,həm yan deyərəm!
*
Gəlsən yollarına güllər səpərəm,
O gül qədəmindən,vallah öpərəm,
Bil ki,gül bağında tikan çəpərəm,
Sənsiz ötən ğunə zindan deyərəm!
*
Sənin xəyalinla ötür hər anım,
Gəl al bu canımı halaldır qanım,
Sənsiz yasamaqdan bezibdir canım,
Ver bir ölüm hökmü,fərman deyərəm!
*
Solmazam,eşqinlə cosan-çaglayan,
Həsrəti-hicranda hər gün aglayan,
Ölürəm, gözümü sən ol bağlayan,
Bil ki,əllərinə dərman deyərəm!
Solmaz Şirvanlı
Oxunub: 836