dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanlı gənc yazarın şeiri İranda dərc olunub


Jurnalist, şair Əyyub Məmmədovun milliyətcə Azərbaycan türkü olan, görkəmli şair Məhəmmədhüseyn Şəhriyara həsr etdiyi “Şəhriyar” adlı şeiri fars dilinə tərcümə edilərək İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən məşhur “Xudafərin” dərgisinin 183-cü sayında çap olunub.

Djb.az xəbər verir ki, adı çəkilən ədəbiyyat və mədəniyyət dərgisində fars şair və yazıçılarla yanaşı, türk yazarların da qələmə aldığı hekayə, şeir və esselər dərc olunur. Qeyd edək ki, “Xudafərin” dərgisi həm türk, həm də fars diində nəşr olunur.
Adı çəkilən dərgidə çap olunan şeiri oxucularımıza təqdim edirik:

“Şəhriyar”

Bir dahi uyuyur qonşu torpaqda

Adı Şəhriyardı, özü dəryadır.

Sözü, kəlməsi dürri-yektadır

Amalı türk olan bir bəxtiyardır.

Bir görmək istədi, öz millətini

Çəkdi daxilində acı zilləti.

Qəlbi bu eşqlə hey çırpınırdı,

Gözündə qor kimi şimşək çaxırdı.

Yanıb odlanırdı, sözdə, sətirdə

Bir xalq, dövlət, torpaq üstündə

Vahid birliklə, ulu vəhdətlə,

Şamtək əriyirdi şeir, qəzəldə.

Azadlıq məlhəmin çəkib yaraya

Vətən nisgilinə dərman edirdi

O taylı-bu taylı doğma elinə,

Ürəyi qubarlı salam deyirdi.

Heydərbaba onsuz qalıb gileyli

Öz elində olub indi yadelli

Sarıbaba düşüb xeyli aralı,

Səsi gəlmir qəlbi olub yaralı.

Neçə əsər yazılıbdır şəninə

Mahnı qoşub, söz deyiblər şeirinə

Adı düşmür cavan, qoca dilindən,

Öyrənirlər daim onu dərindən.

Oxunub: 946
Oxşar xəbərlər
SON XƏBƏRLƏR