Moskva vilayətinin Serkovo kəndində antiterror təlimləri zamanı məktəbdə səs qumbarası partlayıb, nəticədə dörd pedaqoq xəsarət alıb.
Bu barədə "REN TV" məlumat yayıb.
Məşq zamanı təhsil müəssisəsinin pəncərəsindən səs qumbarası atılıb. Hərbi sursat stolun üzərinə düşüb və partlayıb.
Hadisə yerində müvafiq xidmətlər fəaliyyət göstərir. Mütəxəssislər baş verən insidentin bütün hallarını və səbəblərini araşdırırlar.
Oxunub: 0