dini radikalizm və ekstremizmlə mübarizə

Əraqçinin müavini Trampın Hörmüz boğazı ilə bağlı ərazi iddiasına cavab verib: İllüziyaları tezliklə düzəldəcəyik

Əraqçinin müavini Trampın Hörmüz boğazı ilə bağlı ərazi iddiasına cavab verib: İllüziyaları tezliklə düzəldəcəyik

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının ABŞ ərazisi kimi təsvir olunduğu fotonu paylaşmasına münasibət bildirib.

Qəribabadi “X” hesabında bununla bağlı paylaşım edib.

Əraqçinin müavini Trampın yayımladığı xəritədə Fars körfəzinin adının yazılışına diqqət çəkib.

“Tramp Fars körfəzinin adını düzgün yazdığı kimi, tezliklə onun Hörmüz boğazı ilə bağlı illüziyası da düzəldiləcək və ya biz bu illüziyanı quran adamın illüziyalarını düzəldəcəyik”, - Qəribabadi bildirib.

Qeyd edək ki, Tramp “Truth Social”da Hörmüz boğazının ABŞ ərazisi kimi təqdim olunduğu xəritənin fotosunu yayımlayıb.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR