dini radikalizm və ekstremizmlə mübarizə

MDU-da “NARKOMANİYAYA YOX DEYƏK “adlı maarifləndirici tədbir keçirilib.


Mingəçevir Dövlət Universitetində (MDU) “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib. Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev polis əməkdaşları ilə birgə orta və ali təhsil müəsissələrində narkomaniya və digər zərərli vərdişlərlə bağlı maarifləndirici tədbirlər keçirir. Məqsəd gələcəyimiz olan gənclərin və yeniyetmələrin diqqətini narkotik maddələrin insan sağlamlığına, onun maddi və mənəvi aləminə vurduğu zərərlərə yönəltmək və narkomaniya ilə mübarizədə hər kəsi daha aktiv və bu işdə polisə dəstək olmaqa səsləməkdir.
Maarifləndirici tədbirdə universitetin tələbələri,rektor və müəllimlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan rektor Şahin Bayramov bildirib ki,universitetdə həm gənc əməkdaşlarla və tələbələrlə bu istiqamətdə maarifləndirici söhbətlər aparmaq çox mühüm addımdır:”Fərqli dönəmdə yaşayırıq və bu gün dinləyəcəyimiz mövzular həqiqətən də çox əhəmiyyətlidir və düşünürəm ki,bu günkü görüşü keçirməklə Mingəçevir polisi müasirləşməkdə olan univeversitetimizə öz töhfəsini vermiş olur. Nəzərə almaq lazımdır ki,hər bir tələbə burada bir ailəni təmsil edir və maarifləndirmədə əldə olunan məlumatlar hər bir tələbə vasitəsi ilə ailə üzvülərinə dostlarına çatdırılacaq.Universitetimizdə həm gələcəyin ziyalısı yetişir həm gələcəyin müəllimi yetişir .Belə bir tədbirin univesitetimizdə keçirilməsi həm bu istiqamətdə mövcud olan dövlət proqramlarının icrası baxımından ortaq bir töhfəmizdir,həm də müasir Azərbaycan gəncliyinin sağlam ruhda böyüməsinə veriləcək böyük töhfədir”.
Mingəçevir şəhər Polis şəbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev öz çıxışında şagirdlərə narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verib.Bildirib ki, narkomaniya dünya ölkələrinin və cəmiyyətlərinin ən böyük problemlərindən biridir. İllərdir ki, bu problemlə müxtəlif vasitə və metodlarla mübarizə aparılır. Problemin mövcudluğu hələ də qalır və get-gedə yayılma miqyası böyüyür. Bu bəla Azərbaycan cəmiyyətindən də yan keçməyib. Rəis, narkomaniya Azərbaycan tələbələri üçün də böyük təhlükədir deyib və bu mübarizədə bir sıra qrupların yaxalanması ilə nəticələnən uğurlu əməliyyatların, eyni zamanda, məqsədyönlü profilaktiki və maarifləndirmə tədbirlərinin keçirilməsi təmin edilmişdir deyə bildirib.

Daha sonra Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Emir Cavadov psixotrop maddələrin insan orqanizminə verdiyi zərərdən və səhhətində yaratdığı fəsadlar haqqında ətraflı məlumat verdi. Digər polis əməkdaşları “Erkən nikah və onun törətdiyi fəsadlar”, “Cinayət məsuliyyəti daşıyan və təhlükəli erkən nikah”, “Dini fanatizm, radiklizm, ekstremizmin mahiyyəti və təhlükələri” və ”Yol hərəkəti qaydalarına əməl edək“ mövzuları ilə çıxışlar ediblər. Çıxış edən məruzəçilər sağlamlıq üçün ciddi təhlükə yaradan və cinayətkarlığın artmasına təkan verən narkomaniyanın ən böyük sosial bəlalardan biri olduğu barədə ətraflı məlumat verərək yeniyetmə gəncləri “narkomaniyaya yox” deməyə, sağlam həyat və mənəvi kamilliyə çağırıblar.
Sonda tələbə və müəllimləri maraqlandıran suallar cavablandırılıb və onlara tövsiyələr verilib.


Esmira Hidayətova, Mingəçevir




Oxunub: 1 093
Oxşar xəbərlər
SON XƏBƏRLƏR