Paytaxtdakı 100 və 102 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.
Djb.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, hər iki məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
Həmçinin "Ankara məktəbi" məktəb-liseyi də bu gündən əyani tədrisə geri dönüb.
Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
Oxunub: 1 666