“Sentyabrın 15-dən başlayaraq ali təhsil müəssisələrinin distant qaydada fəaliyyətinin bərpa edilməsi planlaşdırılır”.
NOCOMMENT xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.
E.Əmrullayev qeyd edib ki, I kursa qəbul olan tələbələrin oktyabrın 1-də tanışlıq məqsədi ilə universitetə gəlməsi planlaşdırılır: “Oktyabrın 15-dən etibarən müvafiq ixtisaslar üzrə qismən əyani təhsil təşkil edilə bilər”.
Oxunub: 1 091