dini radikalizm və ekstremizmlə mübarizə

MDU və TİKA arasında potensial əməkdaşlığa dair faydalı müzakirələr aparılıb


Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyində Hayrettin Özçelikin qonağı olub. Görüşdə
TİKA Bakı Proqram Koordinatoru hörmətli Hayrettin Özçelik ilə MDU və TİKA arasında potensial əməkdaşlığa dair faydalı müzakirələr aparılıb.
MDU-nun strateji hədəfləri, qardaş ölkənin müvafiq universitetləri ilə mövcud əməkdaşlığı və real ehtiyacları barədə fikir mübadiləsi aparılıb.
Rektor Şahin Bayramova görüş əsnasında TİKA-nın fəaliyyət istiqamətləri və dəstək mexanizmi haqqında ətraflı məlumat verilib.
Məhsuldar keçən görüşdə Şahin Bayramovla TİKA-nın Bakı Program Koordinatoru Hayrettin Özçelik ilə növbəti atılacaq birgə addımlar barədə ilkin razılıq əldə edilib.
Sonda rektor Şahin Bayramov göstərilən dəstəyə görə TİKA-nın koordinatoru hörmətli Hayrettin Özçelikə təşəkkür edib.

Oxunub: 48
Oxşar xəbərlər
SON XƏBƏRLƏR