dini radikalizm və ekstremizmlə mübarizə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Müharibə Veteranı qadınlarla görüş keçirilmişdir.

04 iyul 2023 cü il tarixində Müharibə Veteranı Qadınlarına Sosial Yerdım İctimai Birliyi sədri Radə Abbasın təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Müharibə Veteranı qadınlarla görüş keçirilmişdir. Müharibə veteranı qadınların problemlərinin həllinə kömək edilməsi məqsədi ilə müzakirələr aparıb.
Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin müharibə veteranı qadınlarla Əmək və Əhalinin Sosial Müdafizəsi Nazirliyində keçirilən görüş zamanı müzakirə edilməsini vacib hesab etdiyi məsələlər.
1. Müharibə Veteranı Qadınlarına Sosial yardım İctimai Birliyinin Əmək və Əhalinin Sosial Müdafizəsi Nazirliyinə Məktub ünvünlamasının əsas səbəbi qadınlarımızın ciddi mənzil probleminin olmasıdır.
2. Müharibə veterani qadınların problemlərinin həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə təkliflər paketinin göndərilməsini çox xahiş edirik.
3. Şəhid ailələri və Müharibə veteranı qadınların səhiyyə, kurort-sanatoriya problemi
4. Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin ofis probleminin həll edilməsinə köməklik
5. Təşkilat üçün avtomobil verilməsinə köməklik edilməsi
6. Təşkilatın maliyyə mənbəyinin yaradılmasına dəstək verilməsi
7. Müharibə veteranı qadınların mənzil probleminin dəqiqləşdirilməsi, həll edilməsi üçün ictimaiyyət nümayəndələrinin içtirakı ilə komissiya yaradılmasını və bu problemin həll edilməsini Sizdən çox xahiş edirik
Ciddi mənzil və digər sosial problemi olan, görüşdə iştirak edən müharibə veteranı, şəhid ailəsi qadınlar.
1. Abbas Radə Sabir qızı- Yasamal rayonu müharibə veteranı
2. Hüseynova Sevil Talıb qızı müharibə veteranı, şəhid anası
3. Cəfərova Səriyyə Müslüm qızı müharibə veteranı
4. Həmidova Səkinə Məhəmməd qızı müharibə veteranı
5. Hacıyeva Roza Cabbar qızı -Yasamal rayonu müharibə veteranı
6. Cabbarova Gülnarə Hacımurad qızı -Qaradağ rayonu müharibə veteranı
7. Qonaqova Əntiqə Güləmməd qızı –Xətai rayonu müharibə veteranı
8. Əhmədova Gülpəri Bulud qızı-Yasamal qızı müharibə veteranı
9. Şəmkir rayonunda həyat yoldaşı və özü müharibə veteranı olan Nəzakət Məmmədovanın evi ucub. Özləri yarıtmaz şəkildə öz maliyyələri ilə təmir edib evə köçüblər. Ev hər an yenidən uçmaq təhlükəsindədir.

MVQSYİB-nin sədri Radə Abbas





Oxunub: 124
Oxşar xəbərlər
SON XƏBƏRLƏR