dini radikalizm və ekstremizmlə mübarizə

Biləsuvarda “Məktəb daxilində kafedraların yaradılması ilə metodik xidmət sisteminin təkmilləşdirilməsi” layihəsinin icrası uğurla davam edir


Biləsuvar rayonunda “Məktəb daxilində kafedraların yaradılması ilə metodik xidmət sisteminin təkmilləşdirilməsi” layihəsinin icrası uğurla davam edir.
Layihə rəhbəri Mehman Əliyevin verdiyi məlumata görə, layihənin artıq onlayn təlimlər olan hissəsi təşkil edilib. Belə ki, vacib mərhələlərdən biri də məhz onlayn formada olan təlimlərdir. Bu mərhələdə kafedra rəhbərləri üçün 2 təlimçi və 1 ekspertin iştirakı ilə 4 əsas istiqamət üzrə onlayn təlimlər təşkil edilir. Bu 4 istiqamətə aktiv dərsin təşkili (tələbəyönlü, interaktiv və fəal), tədrisdə İT inteqrasiyaları, kafedara daxili müəllimlərin qiymətləndirilməsi və onların inkişaf etmələri üçün inkişaf xəritələrinin hazırlanması, 21-ci əsrdə tələb olunan bacarıqların tədris prosesində tətbiq olunması, İKT bacarıqları (online dərslərin təşkili, elektron qiymətləndirmə və s.), təhsil sahəsi üzrə yeniliklər barədə peşəkar bilik və bacarıqlar və müəllim fəaliyyətinin qiymətləndirilməsi və inkişaf xəritəsinin hazırlanması aiddir.

Onlayn təlimləri başa vurmuş kafedra rəhbərləri də öz növbəsində təlimdə əldə etdiklərini yeni bilik və bacarıqları digər müəllimlərə ötürəcəklər. Daha sonra kafedra rəhbərləri işə başlayacaq və müəllimlərlə onlayn formada işləməyə start verəcəklər. Kafedra rəhbərləri müəllimlər ilə birlikdə müvafiq fənn üzrə illik planın, qiymətləndirmə vasitələrinin, paylama materiallarının hazırlanmasını həyata keçirəcəklər.

Eyni zamanda kafedralarda işin yekunu olaraq “Zoom” proqramı vasitəsilə 5 gün ərzində hər kafedra öz işinin hesabatlılıq təqdimatlarını təşkil edəcəklər. Teams proqramı vasitəsilə bu təqdimatlarda həm kafedra rəhbərləri, həm də hər kafedradan əlavə bir aparıcı müəllim də iştirak edəcəkdir. Onlayn təqdimatların məqsədi kafedraların yekun olaraq məktəbin ümumi illik fəaliyyət planı və vahid qiymətləndirmə formasını təsdiqləmək olacaqdır. Bununla yanaşı ənənəvi olaraq hər ay 2 kafedra “Onlayn Peşəkarlıq Günü” adı altında təhsil sahəsində müxtəlif yeniliklər və nailiyyətləri barədə təqdimatlar edəcəklər. Layihənin fəaliyyət planına uyğun olaraq yekunda donor tərəfə hesabat verilməsi üçün hesabatlar hazırlanacaqdır.

Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə sentyabrın 15-dən dekabrın 15-dək davam edəcək.

Tural Nəsirli

Oxunub: 490
Oxşar xəbərlər
SON XƏBƏRLƏR