dini radikalizm və ekstremizmlə mübarizə

“Bəzi deputatlar icra başçılarının otağına əyilə-əyilə girirdilər”

“Bəzi deputatlar icra başçılarının otağına əyilə-əyilə girirdilər”

“Parlamentin istefaya göndərilən tərkibi Milli Məclisin tarixində ən bacarıqsız heyət kimi qalacaq”.
Turkustan.info xəbər verir ki, bunu sherg.az-a açıqlamasında Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib.
JAM sədri bildirib ki, bu adamların əksəriyyəti 4 illik fəaliyyətləri ilə təkcə özlərini deyil, həm də deputat adını hörmətdən salıblar:
“Məhz onların üzündən bir institut kimi parlament bu gün cəmiyyətdə gülüş hədəfinə çevrilib. Sözsüz ki, dövlət rəhbərliyi bu cür acınacaqlı vəziyyətlə barışa bilməzdi. Cənab Prezidentin narahatlığı ilk növbədə bu amillə bağlıdır. Açığı, demokratik cəmiyyət quruculuğunda deputatlar da yaxından iştirak etmirdilər. Halbuki, ictimai nəzarət mexanizminin qurulmasında onların iştirakı vacibdir. Təəssüf ki, deputatlarımızın böyük əksəriyyətinin simasında bunu müşahidə edə bilmədik.
Əksinə, onların işi-gücü mövcud problemləri ört-basdır etmək, ən yaxşı halda isə “malalamaqdan” ibarət idi. Yaltaqlığı həyat tərzinə çevirən, icra başçısının otağına əyilə-əyilə girən deputat cəmiyyətə nə fayda verə bilər? İstefaya göndərilən tərkibdə elə deputatlar var ki, seçildikləri rayonların icra başçılarından “reket” jurnalistlər kimi hər ay 500 manat “paket” alırdılar. Bu cür tiplərin bir daha parlamentə yol tapmamaları üçün fevralın 9-da hamılıqla ayıq-sayıq olmalıyıq”.
Qeyd edək ki, Prezident İlham Əliyev 23 dekabr tarixində yerli jurnalistlərə müsahibəsində bir sıra mühüm məqamlara toxunub. Dövlət başçısın diqqət yönəltdiyi məsələlərdən biri də növbədənkənar parlament seçkiləri ilə bağlı idi. Ölkə rəhbəri parlament üzvlərinin fəaliyyətinə qiymət vermək istəməsə də, yeni seçiləcək deputatlara öz tövsiyyələrini verib: “Mən parlament üzvlərinin fəaliyyətinə qiymət vermək istəmirəm, çünki bu, hakimiyyətin başqa qoludur. Ancaq yeni seçiləcək deputatlara tövsiyəm odur ki, onlar öz dairələrində daha fəal olsunlar ki, vətəndaşlar onları tanısınlar, onlara müraciət etsinlər. Onlar yerli və mərkəzi orqanlar qarşısında məsələ qaldırsınlar. Əgər belə olarsa, bax, dediyim o ictimai nəzarətin bir forması da bu olacaq. Çünki bəzi hallarda, mən bilirəm, deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır. Sonra da növbəti seçkilər yaxınlaşanda başlayır ki, mənə dəstək verin”.

Oxunub: 540
Oxşar xəbərlər
SON XƏBƏRLƏR