Bu gün Suraxanı Rayon İcra Hakimiyyəti Adil Əliyev Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhadətə ucalan Hüseynov Orxan Bəhman oğlunun anım günü münasibətilə ailəsinə başsağlığı verib.
Hüseynov Orxan Bəhmən oğlu 1997 ci ilde C. Rəhimov adına 146 saylı orta məktəbə daxil olmuşdur. 2008-ci ildə həmin məktəbi bitirmisdir. 2009-cu ildə Heydər Əliyev adına Hərbi Akademiya qəbul olmuş və 2013-cü ildə akademiyanı yüksək fərqlənmə diplomu ilə bitirmişdir. 2013-2014 cü illərdə Mudafiə Nazirliyinin Təlim Tədris Mərkəzində(TTM) təkminləşdirmə kursu keçərək, ixtisasını daha da mükəmməl səviyyəyə çatdırmışdır. 2014 cü il Qusar şəhəri N saylı hərbi hissədə tağım komandiri olaraq hərbi qulluga başlamışdır. Öz qulluğu ilə həmkarları və rəhbərliyinin rəğbətini qazanmışdır. Yüksək nailiyyətlərinə görə fəxri fərmanlarla təltif olunmuşdur. 2017-ci ildə Tərtər rayonunda yerləşən N saylı Hərbi hissəyə təyinat almışdır. Düşmənlə ən yaxın məsafədə olan postlarda qulluq etmişdir. 2017-ci ilin oktyabr ayında Yevlax rayonunda N saylı Hərbi hissəyə təyinat almış və son gününə kimi burada qulluğa davam etmişdir. Xidmət etdiyi hərbi hissədə zabit və əsgərlər arasında hörmət qazanmışdır. Orxan son dərəcə istiqanlı və savadlı zabit idi. Dostları və tanışları arasında secilərdi. Müharibəyə getdiyi son günə kimi veten deyib dayanmışd. Cox qısa bir zamanda torpaqlarımızı azad edeceyik deyirdi. Ölümündən sonra Orxanı tanıyan hər kəs onun Suqovuşanda göstərdiyi qəhrəmanlığından danışırdı. Döyüş Yoldaşları hələdə inana bilmirdilər ki bele bir oğul artıq aralarından ayrılıb. Onun haqqında keçmişdə danışmaq olmaz. Şəhid olduqdan sonra tərxis olunan esgərlərdə onun evini və qəbrini ziyatet edib, komandirləri haqqda xoş xatirələrini bölöşdülər. Onların dediyinə görə, Orxan bizə komandir deyil, dost və böyük qardaş olmuşdur. O heç bir əsgərin haqqına girməz, hec kimin xətrinə dəyməzdi. Lazım gəldikdə intizamlı və zabit əzminidə göstərə bilirdi. . Ancaq biz əsgərlər ondan hec vaxt incimirdik, cünki sərt üzünün arxasında sade mehriban bir insan var idi. 2020-ci il Vətən müharibəsinde döyüş bölgəsində şücaet göstererek Suqovuşanın Azad olunmasında 12 düşmən postunu ele kecirmisdi, yaralı əsgərlərini minalı sahədən cıxarmısdır ve düşmənin minatanın partlayıcı mərmisi nəticisində coxlu sayda qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalmışdır.


Oxunub: 0