Bakının Nəsimi rayonunun Həsən Əliyev, Teymur Əliyev və Maqsud Əlizadə küçələrinin enerji təchizatında qısamüddətli fasilələr müşahidə olunur.
Bunu ONA-ya “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, saat 10:59-dan başlayaraq qeyd olunan ərazilərdə yerləşən avadanlıqlara texniki baxış keçirilir.
"Qısamüddətli fasilələr 2 saat ərzində müşahidə olunacaq", - deyə T. Mustafayev bildirib.