
Yurdumuzun hər bölgəsi və hər qarış torpağı maddi-mədəniyyət abidələri ilə zəngindir.Belə ki,əcdadlarımız böyük bir  tarixi dövürdə  misli görünməmiş mədəniyyət yaratmış və onu  bizə irs qoyub getmişdir.Lakin zaman-zaman bu abidələr müxtəlif səbəblər üzündən yoxa çıxıb məhv olmuşdur.Belə yerlərdən biri də Haftoni ərazisidir.Haftoni hidronimi talışca olan Haft(yeddi), honi (bulaq sözlərindən əmələ gəlmişdir ki, bu bulaqlar aşağıdakılardırAllaverəni honi(Allaverənin bulağı),Əmişi honi(Əmişin bulağı),İsbati honi(İsbatın bulağı),,Ataxani honi(Ataxanın bulağı),Babakişi honi(Babakişi bulağı),Tılə honi(damcı bulağı) və Nəsiri honi(Nəsirin bulağı).Bu yerin hər qarış torpağında biz  qədim dövürlərə aid maddi-mədəniyyət qalıqlarına rast gəlirik.bu Belə ki,siyahıyaalınmanın Talış(Lənkəran) qəzasına aid olan bölməsində  birbaşa da olmasa ,dolayısı yolla Хафт аб»(Haft ab-yeddi su)  və ya “Xафт асиаб» (Haft asiab) adlı yaşayış məntəqəsinin adı çəkilir.Qeyd etmək istəyirəm ki, bu yaşayış məntəqəsinin   adındakı  Хафт sözü talışca olan yeddi sayı deməkdir,аб(ab)  isə  farsca  və talışca olan su sözüdür.(Bax:Списки Населенных мест Российской империи Кавкахскому краю.Ленкораский уьезд.Тифлис.1870.стр.86).Lakin haftoni sakini və tanınmış ziyalı Sabir Əliyevin dediklərinə görə Haftoni  ərazisində daimi oturaq həyat  20-ci illərə aiddir və elə o vaxtlardan da Haftoni bir kənd kimi mövcud olmağa başlanmışdır.Onun dediklərinə görə  Haftoni ərazisinə daimi oturmağa gələnlər indiki Haftoninin cənub hissəsində(indiki yeni tikilmiş həbsxana  ərazisində) indiki Talışlı kəndi ilə dağlar arasındakı ərazidə məskən salmış və sonradan indiki Haftoni ərazisinə köç etmişlər.Lakin Haftoni ərazisində tapılmış qədim dövürlərə aid maddi-mədəniyyət nümunələri(tuncdan və misdən qılınc,tunc qəmələr,tunc qılınc və ox ucluqları) və Haftoni qəsəbəsinin bulaq kafesi adlanan əraziyə yaxın yerdə  mövcud olmuş və tarixi bilinməyən qədim qəbirsanlıq bu ərazilərdə hələ indiki Haftoni yaranmamışdan da əvvəl yaşayış məskəni olduğunu göstərir.Beləki hələ 1964-cü ildə bulaq kafesi yaxınlığında sovxozun təsərüfat işləri ilə bağlı   sahələrin traktorla şumlama zamanı bu qəbirlər üzə çıxmış  və sonradan  məhv olub yoxa çıxmışdır.Bu haqda Haftoni sakini Məmmədağa müəllim belə söhbət edir:
Mən uşaq olan zaman,təqribən 60-cı illərdə  qəsəbəmizin bulaq kafesi yaxınlığında  kolxozlaşma ilə bağlı təsərüfat sahələri traktorla şumlanılırdı.Biz də o vaxtlar  bu traktora  tamaşa edirdik.Bu zaman traktor şumlama zamanı bir  maraqlı qazıntının üstünü açdı.Maraq üçün yaxına gəldik.Məlum oldu ki bu qədim qəbirlərdir.Bu qəbirlərin içində gildən saxsı qablar,ox və nizə ucluqlarrı,qolbağlar və müxtəlif cür bəzək əşyaları çıxdı.Bu maddi-mədəniyyət nümunələrinin içində bir mis qılınc da var idi .Bu zaman bu qəbiri və onun  içindəki maddi-mədəniyyət nümunələrinin traktor əzib dağıtmağa başladı və mən də tələsik oradakı  mis qılıncı götürdüm və günümüzə qədər saxlamışam.Bu hadisədən sonra mən evdə ağsaqqallardan bu qəbirsanlıq haqda maraqlandım ,lakin kimsə bu qəbirlər haqda bircə kəlmə də olsun biliyə və ya məlumata malik deyildi..Sonra başa düşdüm ki,Haftoni ərazisində indiki  köçlərdən çox-çox əvvəl yaşayəş olmuş və bu da onların sübutudur.”Məmmədağa müəllimin dediklərini və haftoni kurqanlarından baladdin müəllim  və İlqar müəllim tərəfindən  yığılmış qədim döverlərə aid maddi-ədəniyyət nümunələrini  hesab etsək onda belə bir  məsələ ortaya  çıxır ki.haftoni ərazisi  İbtidai  icma  dövründə  və  antik orta əsrlərdə  də yaşayış  məskənləri olmuşdur.Çünki buradan tapılmış tuncdan və misdən ibarət olan maddi-mədəniyyət abidələri bunu sübut edir.
Aqşin Mistanlı
AYB-nin üzvü.Tədqiqatçı-tarixçi