Xəzər Universitetində 2026-cı il mayın 7- də “Simsiz rabitədə yaranan yeni tendensiyalar və texnologiyalar” adlı seminar keçirilib.
Seminar Azərbaycan Respublikasının Kosmik Agentliyində RT Sistem mühəndisi vəzifəsində çalışan Yusif Şamayev tərəfindən təqdim olunub.
Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Seminarda simsiz rabitə texnologiyalarında müşahidə olunan yeni tendensiyalar, müasir kommunikasiya sistemləri, 5G texnologiyası, IoT (Əşyaların interneti) və gələcək nəsil simsiz şəbəkələrin inkişaf perspektivləri haqqında ətraflı məlumat verilib.
Məruzə zamanı simsiz kommunikasiya sahəsində tətbiq olunan innovativ texnologiyalar, məlumat ötürülməsində sürət və etibarlılığın artırılması yolları, həmçinin, bu sahədə mövcud texniki çağırışlar barədə interaktiv müzakirələr aparılıb. Müasir rabitə sistemlərinin sənaye, kosmik texnologiyalar və gündəlik həyatda tətbiq imkanları iştirakçıların diqqətinə çatdırııb.
Mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Oxunub: 20