dini radikalizm və ekstremizmlə mübarizə

Xəzər Universitetində beynəlxalq konfrans


2026-cı il mayın 12-də Xəzər Universitetinin Tarix və Arxeologiya departamentinin təşkilatçılığı, Türk İşbirliği ve Koordinasyon Ajansı (TİKA) və Yunus Emre Enstitüsünin dəstəyi, həmçinin, Gənc Akademisyenler Birliyinin təşkilatçılığı ilə “Keçmişin irsi, gələcəyin inşası” mövzusuna həsr olunmuş III Türk Dünyası Gənc Akademisyenler Beynəlxalq Konfransı keçirilib. Konfransda Türk dünyasının müxtəlif ölkələrindən alimlər, dövlət nümayəndələri və akademik çevrələrin nümayəndələri iştirak ediblər. Multidisiplinar xarakter daşıyan konfrans çərçivəsində tarix, arxeologiya, hüquq, təhsil, beynəlxalq münasibətlər, sosial və humanitar elmlər, eləcə də elmi-texnoloji inkişaf istiqamətlərində panel və sessiyalar təşkil olunub, geniş müzakirələr aparılıb. Müxtəlif sahələri əhatə edən bu multidisiplinar müzakirələr Türk dünyasında ortaq elmi düşüncənin formalaşmasına, akademik əməkdaşlığın genişlənməsinə və gələcək birgə layihələrin inkişafına mühüm töhfə verir.

Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan və digər Türk dövlətlərini təmsil edən nüfuzlu alimlər, rektorlar, dövlət rəsmiləri və ictimai xadimlər çıxış ediblər. Onların sırasında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının Sədri Prof.Akad. Hamlet İsaxanlı, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Böyükkelçisi Prof. Dr. Birol Akgün, Gənc Akademisyenler Birliyinin Təşkilat Komitəsinin sədri Dr. Yunus Kocabıyık, Xəzər Universiteti Tarix və arxeologiya deparatmentinin müdiri və Türkiyə Məzunu İş və Bilim İnsanları Platformasının sədri dosent Telman Nüsrətoğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov, Türk İşbirliği ve Koordinasyon Ajansının (TİKA) Bakı koordinatoru Kürşat Özdemir, Yunus Emre Enstitüsünün Bakı koordinatoru Gökhan Seyhan, Yeni Dünya Vəqfinin sədri Mahmut Göksu, Kayseri Universitetinin rektoru professor Dr. Kurtuluş Karamustafa, Türkiyə Ali Təhsil Şurasının (YÖK) üzvü professor Dr. Münirə Kevser Baş, Türk Dünyası Parlamenterlər Vəqfinin sədri Dr. Abdullah Çalışkan, Türkiyə Respublikasının Danimarkadakı müşaviri professor Dr. Eyüp Baş, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektor köməkçisi Dr. Eldar Aslanov, AYBİR-in sədri, İstanbul Texniki Universitetinin professoru Dr. Ebubekir Ceylan, Azərbaycan Turizm və Menecment Universitetinin rektor köməkçisi Dr. Araz Aslanlı, Ankara Universiteti Hüquq fakültəsinin dekanı professor Dr. İbrahim Ermenek, Kırşehir Ahi Evran Universitetinin dosenti Dr. Hamza Yakar, Daşkənd Dövlət Hüquq Universitetinin professoru Dr. Said S. Gulyamov kimi şəxslər yer alıb.

Konfransın əsas məqsədlərindən biri Türk dövlətləri arasında ortaq akademik platformanın gücləndirilməsi, gənc alimlər arasında elmi əlaqələrin inkişaf etdirilməsi və Türk dünyasının ortaq gələcəyinə xidmət edən əməkdaşlıq mühitinin formalaşdırılmasıdır. Bu baxımdan, tədbir yalnız elmi müzakirə platforması deyil, eyni zamanda Türk dünyasının birlik və həmrəyliyini nümayiş etdirən mühüm beynəlxalq akademik görüş kimi qiymətləndirilir.








Oxunub: 35
Oxşar xəbərlər
SON XƏBƏRLƏR