dini radikalizm və ekstremizmlə mübarizə

Maliyyə uçotu, kreditor və debitor borclar mövzusunda təlim


Xəzər Universitetinin İqtisadiyyat və menecment departamentinin təşkilatçılığı ilə 2026-cı il mayın 12-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Cəfər Muxtarzadənin “SAP Maliyyə Uçotu: beynəlxalq korporativ standartlara uyğun praktik tətbiq (Kreditor və debitor borcları və s.)” mövzusunda təlimi təşkil olunub. Təlim zamanı SAP sisteminin beynəlxalq korporativ standartlara uyğun maliyyə uçotu, kreditor və debitor borclarının idarə olunması, hesabatların hazırlanması və maliyyə proseslərinin avtomatlaşdırılmasındakı üstünlükləri ətraflı şəkildə təhlil edilib. Sonda təlimdə iştirak edən tələbələrin sualları cavablandırılıb və müvafiq sertifikatlar təqdim olunub.

Oxunub: 24
Oxşar xəbərlər
SON XƏBƏRLƏR