Dünyanın bir çox gəzib-görməli yerləri olmasına baxmayaraq, təqdim edəcəyimiz əsrarəngiz yerlər əsl həyəcan və adrenalin sevənlərin marağına səbəb ola bilər.
“Qafqazinfo” xəbər verir ki, həmin yerlərin siyahısını BBC hazırlayıb. Elə isə sizə maraqlı gələcək məkanları təqdim edirik:
Svalbard toxum anbarı, Norveç
Svalbord toxum anbarı təbii fəlakət olduğu zaman ilk gedə biləcəyiniz yerlərdən biridir. Spitsbergen adasında olan bu anbar dünyanın ən yaxşı qorunan və təhlükəsiz yerlərindən biridir.
2008-ci ilin fevralında açılan depoda dünyanın hər bölgəsindən 250 milyon toxum görmək mümkündür. Buradakı toxumlar uzun müddət, hətta minilliklər boyu belə təbii vəziyyətdə qala bilər. Araşdırmaq üçün xüsusi icazəniz və ya bitki yetişdirmək üçün təyin olunmamısınızsa anbara girişiniz qadağandır.
Onu da qeyd edək ki, anbarı su basdığı üçün yenidən inşa ediləcəyi gözlənilir.
Niihau adası, Havay
Niihau ən kiçik Havay adasıdır. Ada ilkin baxışda palmaları, nəsli tükənməkdə olan heyvanları, turistlərin ən çox ziyarət edə biləcəyi yer olması baxımdan ideal turistlik yer kimi görünə bilər. Lakin 180 km böyüklüyündə olan bu adaya insan gəlməsi qadağandır. Havaii kralı Kamehameha 1863-cü ildə adanı varlı Robinson ailəsinə satıb. 1915-ci ilə qədər ada xaricilərin üzünə bağlı qalmışdı. Bu gün isə adada yerli Havaylı 130 nəfər yaşayır.
Adada yol, telefon, kanalizasiya, bulaq suyu hətta market belə yoxdur. Nəqliyyat vasitəsi kimi at və velosipeddən istifadə edilir. Elektriki isə günəş enerjisi vasitəsi ilə əldə edirlər. Ərzaq isə qayıqla başqa adadan gətirilir. Adada yaşayan uşaqlar təhsil üçün Kauai Adasına aparılır. Buna baxmayaraq, ada dünya tarixində maraqlı iz qoyub. Belə ki, İkinci Dünya Müharibəsi zamanında yapon təyyarələri Amerikanın Havaydakı Pearl Harbour Limanını bombaladığı bir zamanda bir yapon pilot adaya düşüb və yerliləri bir həftə ərzində narahat edib. Bu gün adaya sakinləri tərəfindən dəvət olunmadığı təqdirdə kənardan kimlərinsə girişi qadağandır. Buna baxmayaraq, ada üzərindən helikopterlə keçərək müəyyən məlumatlar əldə etmək mümkündür.
RAF Menvis Hill, ingiltərə
RAF ( Kral ailəsinin hava qüvvələri) dünyanın ən böyük elektronik nəzarət mərkəzi olaraq tanınır. Burada xəbərləşməyə nəzarət edilərək İngiltərə və Amerika üçün kəşfiyyat xarakterli məlumatlar toplanılır. Bu gün isə həmin yerin nə məqsədlə istifadə olunduğu sirr olaraq qalır.
Beynəlxalq terrorizm və narkotik ticarətinin izləndiyinə və Amerikanın peykləri üçün stansiya olaraq istifadə olunduğu ehtimal edilir.
Gizli arxivlər, Vatikan
Vatikanda yerləşən bu arxiv anbarının tarixi 8-ci əsrə qədər gedib çıxır.
Vatikanin gizli arxivlərində dövlət sənədləri, məktublaşmalar, papalığın və kilsənin yayımladığı kitablarla bərabər yüzillərdir yığılan siyasi digər sənədlər də mövcuddur. 1881-ci ilə qədər xaricilər üçün açıq olmayan bu arxiv həmin tarixdən sonra 13-cü Leo tərəfindən xaricilərin girişi üçün açıq elan olunub. Ancaq bu kilid altında olan arxivləri araşdırmaq üçün uzun bir qeydiyyat prosesindən keçmək gərəklidir. Vatikanın arxivindəki sənədllərdə tez-tez istifadə olunan gizli kəlməsi öz həqiqi mənasından daha çox “müqəddəslik” mənasında istifadə olunmuşdu.
51-ci Bölgə/Nevada, Amerika
Bu bölgə Las Vegasdan 153 km aralıqda Groom gölü yaxınlığında yerləşir. 51-ci Bölgə dövlət sirrlərinin saxlanıldığı hərbi baza olaraq tanınır. Ərazi adını Vyetnam müharibəsi zamanı Mərkəzi Kəşfiyyat İdarəsindən alıb. Bu bölgəyə giriş qadağandır. Neva səhrasındakı bu bölgədə təyyarə və düşmən silahlarının araşdırıldığı söylənilir. Ancaq 51-ci Bölgə qurulduğu gündən bəri öz sirrini qorumaqdadır.
Oxunub: 983