dini radikalizm və ekstremizmlə mübarizə

Rövnəq Abdullayev Naxçıvandakı hadisələrdən narahatdır

Rövnəq Abdullayev Naxçıvandakı hadisələrdən narahatdır


Son günlər Naxçıvan Muxtar Respublikasında yüksək çinli məmurların həbsi müzakirələrə səbəb olub.

“Unikal”ın əldə etdiyi məlumata görə, orada həyata keçirilən həbslər “SOCAR”ın sabiq prezidenti Rövnəq Abdullayevi narahat etməyə başlayıb. R.Abdullayevin Vasif Talıbovla yaxınlığı və onun ətrafında cərəyan edən hadisələr keçmiş SOCAR şefinin narahatlığını daha da artırıb.

R.Abdullayev Naxçıvanda V.Talıbovla qonşudur. Bununla yanaşı, Naxçıvan rəhbərinin xaricdə bahalı mülklərin, obyektlərin əldə edilməsində Rövnəq Abdullayevin böyük rolu olub.
Rövnəq Abdullayev SOCAR rəhbəri olduğu vaxtlarda səlahiyyətlərindən istifadə edərək xaricə milyardlarla dollar vəsait çıxarıb. Həmin vəsaitlər dövlət layihələri adı ilə ölkədən xaricə transfer edilib və bahalı mülklərin alınmasına xərclənib.

Belə olduğu təqdirdə Rövnəq Abdullayevin V. Talıbov ətrafında baş verən səs-küylü həbslərdən narahatlığı anlaşılır.

Qeyd edək ki, R. Abdullayev 17 il Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti vəzifəsində çalışıb. Hazırda isə İqtisadiyyat nazirinin müavinidir.

Seymur Əli

Oxunub: 163
Oxşar xəbərlər
SON XƏBƏRLƏR