dini radikalizm və ekstremizmlə mübarizə

İrəvandakı aksiyalar həm də Putinə qarşıdır - Rusiyalı jurnalist


Kiril Krivoşeyev: “Müxalifətçilər deyir, Paşinyan ona görə satqındır ki…”
Ermənistan müxalifəti iyunun 15-də dayandırdıqları aksiyanı yenidən bərpa etdir. Bu dəfə onlar həftədə bir dəfə Paşinyan hökumətinin əleyhinə aksiya keçirəcəklərini bəyan ediblər.

Djb.az xəbər verir ki, “Kommersant” qəzetinin xarici siyasət şöbəsinin əməkdaşı Kiril Krivoşeyev Ermənistandakı vəziyyətə dair sualları cavablandırıb.

– Baş nazir Nikol Paşinyanın əleyhdarlarının aksiyalarının əsl motivi iddia edildiyi kimi, Qarabağın taleyidirmi?



– Müxalifət ilk növbədə diqqəti özünə cəlb etməyə çalışır. Mənə elə gəlir etirazçılar başa düşürlər ki, Qarabağdakı vəziyyəti 2020-ci il müharibəsindən əvvəlki vəziyyətə qaytarmaq mümkün deyil. Bu, qeyri-realdır. Bu halda, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması da heç bir nəticə verməyəcək, çünki Ermənistan tərəfinin 2020-ci il noyabrın 9-da imzaladığı saziş var. Bu və ya digər şəkildə bunu həyata keçirmək lazım gələcək, çünki əks halda, Vladimir Putinə qarşı çıxmalı olacaqlar. Bu, hər siyasətçinin qəbul etməyəcəyi cəsarətli qərardır. Üstəlik, Rusiya prezidentinin yaxın dostu kimi tanınan Robert Köçəryan da buna razı olmayacaq.

Ermənistanın fəal siyasət meydanında ən radikal vətənpərvər dairələri təmsil edənlər təxminən 25 faizdir. Baş verənlərlə razılaşmadıqlarını hər yerdə bildirirlər, amma bunun müqabilində təklif edəcəkləri heç nə yoxdur da. Onlarla nəyə nail olmağa çalışdıqlarından danışanda, o zaman Qarabağın itirilmiş ərazilərini geri qaytarmaq üçün qisas almaq barədə qeyri-müəyyən söhbətlərə başlayırlar. Bütün bunlar çox qeyri-real görünür və müxalifətin gözlədikləri geniş xalq dəstəyini almamasının səbəbi bundan qaynaqlanır. Əgər məğlubiyyət hissinin ən güclü olduğu 2021-ci ilin yanvarında-Qarabağda öldürülən ermənilərin dəfnləri hələ davam etdiyi bir vaxtda- emosional partlayış Paşinyanı devirmək üçün yetərli deyildisə, o zaman niyə indi etirazlar partlayışı baş verməlidir ki? İnqilabın başlaması üçün hər hansı “informasiya partlayışı”olmalıdır. İndi isə belə səbəb yoxdur. Moskva və Brüsselin dəstəyi ilə Azərbaycanla danışıqlar prosesi gedir, erməni vətənpərvərləri doğrudan da hiddətləndirəcək heç bir sarsıdıcı xəbər yoxdur.

Müxalifətçilər deyir, Nikol Paşinyan ona görə satqındır ki, birincisi, Dağlıq Qarabağ ətrafındakı rayonların bir hissəsinin Azərbaycana qaytarılmasına razılıq verib, ikincisi, Qarabağın Azərbaycanın tərkibində statusunu müzakirə etməyə başlayıb. Paşinyan öz imkanları sahəsində hərəkət edir. O, Ermənistanın maraqlarını onun çərçivəsində müdafiə edir. Onun fiziki olaraq edə biləcəyi başqa bir şey yoxdur. Robert Köçəryanın rəhbərlik etdiyi müxalifət nə edə bilər? Heç nə. Bunun alternativi 9 noyabr 2020-ci il tarixli razılaşmanın tamamilə pozulmasıdır ki, bu da Rusiya ilə münaqişə, gələcəkdə isə yeni müharibə deməkdir.

– Əgər mənzərə hər kəsə aydındırsa, Paşinyanın rəqibləri niyə əbəs yerə zaman və enerji sərf edirlər?

– Mənə elə gəlir ki, bu, müxalifətin özünü unutdurmamaq cəhdidir. Növbədənkənar parlament seçkilərində onlar yerlərin bir hissəsini qazanıb.



Robert Köçəryan və Serj Sərkisyanın başçılıq etdiyi köhnə elita 2018-ci ildə ağır məğlubiyyətdən sonra parlamentə qayıdıb. Onlar yerlərin təxminən dörddə birini tutdular və bir neçə siyasi blok yaratdılar. Bu, ölkədə vəziyyətə təsir göstərməyə yetərli deyil, çünki yerlərin çoxunu Paşinyanın partiyası tutur.

Postsovet məkanında adətən, devrilmiş liderlər siyasətə qayıtmırlar. Qırğızıstanı-Əsgər Akayevi xatırlaya bilərsiniz. Viktor Yanukoviçin rəhbərlik etdiyi Regionlar Partiyasının yenidən Ukrayna Radasına seçilməsini təsəvvür etmək çətindir. Bu mümkün deyil. Ermənistanda da bu reallıqdır. Serj Sərkisyanı devirdilər və o, öz tərəfdaşları ilə birlikdə parlamentə qayıdır və hansısa müzakirələrə aparır. Musavat.com

Oxunub: 258
Oxşar xəbərlər
SON XƏBƏRLƏR